Icma.az
close
up
RU
Mətbuat Şurasında Şuranın Dil Komissiyası TOPLAŞIR

Mətbuat Şurasında Şuranın Dil Komissiyası TOPLAŞIR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 9-da saat 15.00-da Azərbaycan Mətbuat Şurasında Şuranın Dil Komissiyasının genişləndirilmiş iclası keçiriləcək.

Bu barədə Modern.az-a Mətbuat Şurasından məlumat verilib.

"Məlum olduğu kimi, komissiya Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildəki son iclasında yenidən formalaşdırıldı. Sədr “APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olmaqla, qurumun tərkibində İdarə Heyətinin digər üzvlərindən - “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, həmçinin Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyevin və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin təmsilçiliyi məqbul sayıldı. Eyni zamanda, dilçi alimlərin də komissiyanın işinə cəlb edilmələri istiqamətində tədbirlərin görülməsi qərara alındı.

Qeyd edək ki, Prezident İlham Əliyev həm ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında, həm də bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ana dilimizlə bağlı həssas məqamlara toxundu. Dövlətimizin başçısı müsahibəsində məsələyə daha geniş yer verdi və ana dilimizi dövlətçiliyin əsas atributlarından biri, hətta bayraqla, gerblə, himnlə birlikdə birincisi adlandırdı və bildirdi ki, uzun illər xalqımızın yaşadığı məhrumiyyətlər düşüncələrdə mənfi təsirlər buraxıb, fəsadlar yaradıb. Ölkəmizin lideri həmin fəsadların və təsirlərin aradan qaldırılmasının vacibliyini dilin milləti millət etmə potensialı ilə əsaslandırdı və buna görə də ana dilimizin qorunmasının mütləq əhəmiyyətini qabartdı. MŞ-nin Dil Komissiyası genişləndirilmiş iclasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı müzakirə aparacaq. Dilçi alimlərin, sahə üzrə mütəxəssislərin iştirakı ilə keçiriləcək müzakirə mediada ana dilimizin qorunmasına yönələn fəaliyyət planının hazırlanması məqsədi daşıyacaq", - məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Yanvar 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri