Icma.az
close
up
RU
Metro Eyvaz Zeynalovun yeni hekayəsi

Metro Eyvaz Zeynalovun yeni hekayəsi

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Eyvaz Zeynalovun "Metro" adlı yeni hekayəsini təqdim edir.

Türkiyədə təsadüfən xeyli dilçi alimin iştirak etdiyi bir tədbirdə idim. Onların bir qrupu Osmanlı dövründəki ərəb əlifbasına qayıtmağın qızğın tərəfdarıydı. Buna nə ehtiyac olduğu ilə maraqlandım.

- Gənclərimizin keçmiş tariximizi, ədəbiyyatımızı daha asan araşdırması, öyrənməsi üçün lazımdı, - dedilər.

- Bəs son yüz ildəki tarixiniz, elminiz, ədəbiyyatınız necə olacaq? - Soruşdum. - Bəlkə onu öyrənmək üçün də 50-60 il sonra yenidən latın əlifbasına qayıtmağı düşünürsünüz? - İncə istehza ilə əlavə etdim.

- Xeyr, qayıtmayacağıq! - Biri qətiyyətlə bildirdi. - Bu dönəmi elektronlaşdıracağıq.

- Əfəndim, məncə, ölkənizin son yüz ildə elm, ədəbiyyat sahəsində qazandığı uğurlar Osmanlı mirasından daha zəngin, daha faydalıdı. Elektronlaşdırmaq gərəkdisə, Osmanlı mirası daha asan və ucuz başa gələr.

Başqa bir dilçi sanki mənim acığıma, heç dəxli olmadan belə bir fikir səsləndirdi:

- Azərbaycan, özbək, türkmən, qazax, qırğız, tatar, başkir dilləri ləhcələrdi.

- Hansı dilin ləhcələri? - Soruşdum.

- Türk dilinin!

- Hansı türk dilinin? - Sualı bir qədər də dəqiqləşdirdim.

- Türkiyə türkcəsinin!

Öz mövqeyimi ortaya qoydum:

- Bağışlayacaqsınız, bizim dədə-babalarımızın pasportunda kimlikləri türk yazılanda, siz hələ özünüzü türk deyil, osmanlı sayırdınız. Türklüyünüzü sizə Atatürk anlatdı. Mən də Türkiyə türkcəsini sizin kimi ləhcə adlandıra bilərəm.

- Bilməzsiniz, - deyib xırdalandı. - Biz çoxuq.

Onun səviyyəsinə enmədim.

- Dilimiz bir kökdən su içib. Əsrlər boyu ortaq dildə danışıb anlaşmışıq. Tarixin müəyyən keşməkeşlərində bir müddət ayrı düşməyimiz, dillərimizin çalar dəyişməsi sizi çaşdırmasın. Bir olmaq fürsətini qaçırmamalıyıq. Birləşsək, düşmənlərimizin daha bizi bir-birimizdən ayırmağa gücü çatmaz!

- Ortaq dediyiniz sözlərin çoxu ərəb-fars, Avropa dillərindən keçmə sözlərdi.

- Olsun, onlar dilimizdə çoxdan vətəndaşlıq qazanıb. Sevə-sevə oxuduğumuz klassiklərin əsərləri həmin sözlərlə doludu. Siz də, biz də, qeyriləri də onları həmin sözlərə görə başa düşür, özümüzünkü, doğmamız sayırıq.

- Siz özünüz bilərsiniz, biz dilimizdəki o yabançı sözlərin əvəzinə yeni sözlər yaradacaq, dilimizi onlardan tamam təmizləyəcəyik! - Adam daha irəli getdi.

- Etməyin, əfəndim, - dedim. - Bundansa gəlin əl-ələ verək, yaxınlaşmaq, birləşmək üçün dillərimizdəki ortaq sözləri tapıb daha da artıraq. Axı onlar ərəb-fars, Avropa sözləri olsa da, bizi heç ayırmayıblar. Əksinə, anlaşmamıza yardımçı olublar.

- Yox, biz Atatürkçüyük, - adam coşdu, - dediksə, edəcəyik!

Saxta atatürkçüləri, xüsusən, İstanbul bələdiyyəsində çalışdığını, dilçilik sahəsində neçəsə kitabın müəllifi olduğunu söyləyən adamı ən çox əsəbləşdirən fransız dilindən alınma metro sözü idi.

- Ola bisin, - dedim, - hansısa fransızın sizə bir pisliyi dəyib. Metronun, ya da bu sözün nə günahı? Qardaş türk dövlətlərinin hamısında “metro” sözü işlənir. Birdəncə bu sözə niyə qənim kəsilmisiniz? Yaxşı, “metro”nu hansı sözlə əvəz edəcəksiniz?

- Məsələn: “Buluşma yeri”, “Yeraltı ulaşım yeri”...

- Ulaşma? - Doğrusu, bu sözü anlamadım. - Etməyin! Metro ulaşma yeri deyil. Bir sözdən ibarət termini 2-3 söz birləşməsi ilə əvəz etmək dilin qanunlarına ziddi. Bir metrobusunuz da var. Ona nə deyəcəksiniz?..

- Bir ad taparıq.

Başabəla dilçilər (adamın lap dinçilər deməyi gəlir) geri çəkilmədilər. Dediklərinə görə, yaxın vaxtlarda türk ləhcələrinin (dedikləri dedikdi) ümumi toplantısını çağıracaq, orda həmin məsələləri daha ciddi şəkildə qaldıracaqdılar.

Şeytan qulaqlarına xəbər aparmasın, qorxum süni şəkildə yaratdıqları sözlərlə dilimizi zibilləyən özümüzün böyük qardaş xiffəti çəkən başabəla dilçilərimizdəndi. Dəlinin yadına daşı salmaq kifayətdi.

- Məni bağışlayın, - dedim, - siz atatürkçülüyü doğru başa düşmürsünüz. Atatürk dövlətin zəif vaxtında İran şahından qızıl pul qarşılığında 15 km enində torpaq alıb, Naxçıvanla Türkiyəni birləşdirdi. Siz isə qardaş xalqların anlaşmasına az-çox yardımçı olan sözləri sıradan çıxarmaqla məşğulsunuz. Bu əsl vandalizmdir. Millətin arasına məzhəb ayrı-seçkiliyi salan mollalardan, din tüccarlarından heç bir fərqiniz yoxdur. Sizin kimi dilçiləri olan türkə düşmən ehtiyac deyil.

***

Bütün günü bu barədə düşündüm. Gecə də gec yatdım. Yuxuda gördüm onlar dediklərini gerçəkləşdiriblər. O məşum toplantıdan nə az, nə çox, düz 20 il ötüb. Türkdilli qardaş dövlətlərin başabəla dilçiləri “böyük” qardaşın fitvasına uyub, dillərində nə qədər ərəb-fars, Avropa sözləri var, hamısını süni şəkildə qurub-qoşduqları yeni sözlərlə əvəz ediblər. Əndirəbadi dillər əmələ gəlib. Bayaqdan bir-birlərini asanca başa düşdükləri halda, indi tərcüməçiyə, ortaq dilə - ingilis dilinə möhtacdılar.

İstanbulda keçiriləcək növbəti türk ləhcələrinin toplantısına qardaş ölkələrdən dəvət alan nümayəndələr hava limanındaydılar. Onları qarşılayan və toplantı yerinə aparmalı olan Türkiyə dilçilərinin rəhbəri ev sahibi kimi nəqliyyat vasitələrindən ən sürətli və ən rahatını – metronu seçmişdi. Elə hey təkrarlayırdı:

- Əfəndilər, Buluşma yerinə buyurun.

Bir-birinin üzünə baxıb, gözünü döyən qardaş dilçilər bu lənətə gəlmiş “Buluşma yeri”nin nəmənə olduğunu anlamayaraq deyirdilər:

- Əfəndim, biz zatən buluşma yerindəyik.

Türk dili qurumunun bəraye-ehtiyat, onlar üçün ayırdığı tərcüməçi də tərslikdən hardasa ləngiyirdi.

Toplantıya qonaq qismində qatılmış bölgə üzrə ingilis şərqşünası avara qalmış dilçilərin dadına yetdi:

- Cənab toplantı iştirakçıları, yəqin hamınız ingilis dilini bilirsiniz?

- Əlbəttə, bilirik! - Bir ağızdan, həm də fəxarətlə dilləndilər.

- Məlumunuz olsun ki, müasir türk dilindəki Buluşma yeri “metro” deməkdir.

Utancverici sıxıntıdan qurtaran Türk dil qurumunun rəhbəri ingilis şərqşünasına acizanə təşəkkür etdi. Qardaş dilçilər isə ona dəvə nalbəndə baxan kimi baxaraq qarşıda göz deşən iri həriflərlə “Buluşma yeri” yazılmış istiqamətdə addımladılar.

İngilis şərqşünası rişxəndlə gülümsəyərək soruşdu:

- Maraqlıdı, görəsən metroya müasir qardaş türklər nə deyirlər?

Azərbaycanlı:

- Dartışma yeri. - Özünə haqq qazandırdı. - Bizdə bashabasdı.

- Qucaqlaşma yeri, - özbək dedi. - Bizdə də sıxlıqdı.

- Sürtüşmə yeri, - türkməndən cavab gəldi.

- Gülüşmə yeri, - qazax güldü.

- Ulaşma yeri, - qırğız izahat da verdi. - Yəni tez çatmaq yeri. Bu ulaşmaq o ulaşmaqdan deyil.

- Sizə yazığım gəlir, - Şərqşünas acı-acı güldü. - Doğrudan da, özü özünə edəni el yığılsa, edə bilməz. Hər il dünyada neçə-neçə dil ölür. Bilirsiniz niyə? Dünyanı üzlərinə qapatdıqlarına görə. İnsanlar öz dillərində onları ən yaxın qonşuları belə başa düşmədiyini görüb, əcnəbi dilləri öyrənir, əl-ayaqlarına dolaşan dillərini unudurlar. Təfəkkürünüz molla təfəkkürüdü. Üzdəniraq fəaliyyətiniz sizi bir-birinə yaxınlaşdırmaq əvəzinə, saxta məzhəblər kimi bir-birinizdən ayırıb.

Nə qədər bərk yatsan da, bu sözlərdən sonra ayılmamaq heç mümkündü?

"CırtdaNino" adlı yeni tamaşanın premyerası keçirilib Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov Qardaşım sevdiyim qızı necə ələ keçirdi?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri