Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

525ci qəzet Metro Eyvaz Zeynalovun yeni hekayəsi

525ci qəzet Metro Eyvaz Zeynalovun yeni hekayəsi

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Eyvaz ZEYNALOV

...Türkiyədə təsadüfən xeyli dilçi alimin iştirak etdiyi bir tədbirdə idim. Onların bir qrupu Osmanlı dövründəki ərəb əlifbasına qayıtmağın qızğın tərəfdarıydı. Buna nə ehtiyac olduğu ilə maraqlandım.

- Gənclərimizin keçmiş tariximizi, ədəbiyyatımızı daha asan araşdırması, öyrənməsi üçün lazımdı, - dedilər.

- Bəs son yüz ildəki tarixiniz, elminiz, ədəbiyyatınız necə olacaq? - Soruşdum. - Bəlkə onu öyrənmək üçün də 50-60 il sonra yenidən latın əlifbasına qayıtmağı düşünürsünüz? - İncə istehza ilə əlavə etdim.

- Xeyr, qayıtmayacağıq! - Biri qətiyyətlə bildirdi. - Bu dönəmi elektronlaşdıracağıq.

- Əfəndim, məncə, ölkənizin son yüz ildə elm, ədəbiyyat sahəsində qazandığı uğurlar Osmanlı mirasından daha zəngin, daha faydalıdı. Elektronlaşdırmaq gərəkdisə, Osmanlı mirası daha asan və ucuz başa gələr.

Başqa bir dilçi, sanki mənim acığıma, heç dəxli olmadan belə bir fikir səsləndirdi:

- Azərbaycan, özbək, türkmən, qazax, qırğız, tatar, başkir dilləri ləhcələrdi.

- Hansı dilin ləhcələri? - Soruşdum.

- Türk dilinin!

- Hansı türk dilinin? - Sualı bir qədər də dəqiqləşdirdim.

- Türkiyə türkcəsinin!

Öz mövqeyimi ortaya qoydum:

- Bağışlayacaqsınız, bizim dədə-babalarımızın pasportunda kimlikləri türk yazılanda, siz hələ özünüzü osmanlı sayırdınız. Türklüyünüzü sizə Atatürk anlatdı. Mən də Türkiyə türkcəsini sizin kimi ləhcə adlandıra bilərəm.

- Bilməzsiniz, - deyib xırdalandı, - biz çoxuq!

Onun səviyyəsinə enmədim.

- Dilimiz bir kökdən su içib. Əsrlər boyu ortaq dildə danışıb anlaşmışıq. Tarixin müəyyən keşməkeşlərində bir müddət ayrı düşməyimiz, dillərimizin çalar dəyişməsi sizi çaşdırmasın. Bir olmaq fürsətini qaçırmamalıyıq. Birləşsək, düşmənlərimizin daha bizi bir-birimizdən ayırmağa gücü çatmaz!

- Ortaq dediyiniz sözlərin çoxu ərəb-fars, Avropa dillərindən keçmə sözlərdi.

- Olsun, onlar dilimizdə çoxdan vətəndaşlıq qazanıb. Sevə-sevə oxuduğumuz klassiklərin əsərləri həmin sözlərlə doludu. Siz də, biz də, qeyriləri də onları həmin sözlərə görə başa düşür, özümüzünkü, doğmamız sayırıq.

- Siz özünüz bilərsiniz, biz dilimizdəki o yabançı sözlərin əvəzinə yeni sözlər yaradacaq, dilimizi onlardan tamam təmizləyəcəyik! - Adam daha irəli getdi.

- Etməyin, əfəndim, - dedim. - Bundansa gəlin əl-ələ verək, yaxınlaşmaq, birləşmək üçün dillərimizdəki ortaq sözləri tapıb daha da artıraq. Axı onlar ərəb-fars, Avropa sözləri olsa da, bizi heç ayırmayıblar. Əksinə, anlaşmamıza yardımçı olublar.

- Yox, biz Atatürkçüyük, - adam coşdu, - dediksə, edəcəyik!

Saxta atatürkçüləri, xüsusən, İstanbul bələdiyyəsində çalışdığını, dilçilik sahəsində neçəsə kitabın müəllifi olduğunu söyləyən adamı ən çox əsəbiləşdirən fransız dilindən alınma metro sözü idi.

- Ola bisin, - dedim, - hansısa fransızın sizə bir pisliyi dəyib. Metronun, ya da bu sözün nə günahı? Qardaş türk dövlətlərinin hamısında "metro" sözü işlənir. Birdəncə bu sözə niyə qənim kəsilmisiniz? Yaxşı, "metro"nu hansı sözlə əvəz edəcəksiniz?

- Məsələn: "Buluşma yeri", "Yeraltı ulaşım yeri"...

- Ulaşma? - Doğrusu, bu sözü anlamadım. - Etməyin! Metro ulaşma yeri deyil. Bir sözdən ibarət termini 2-3 söz birləşməsi ilə əvəz etmək dilin qanunlarına ziddi. Bir metrobusunuz da var. Ona nə deyəcəksiniz?..

- Bir ad taparıq.

Başabəla dilçilər (adamın lap dinçilər deməyi gəlir) geri çəkilmədilər. Dediklərinə görə, yaxın vaxtlarda türk ləhcələrinin (dedikləri dedikdi) ümumi toplantısını çağıracaq, orda həmin məsələləri daha ciddi şəkildə qaldıracaqdılar.

Şeytan qulaqlarına xəbər aparmasın, qorxum süni şəkildə yaratdıqları sözlərlə dilimizi zibilləyən özümüzün böyük qardaş xiffəti çəkən başabəla dilçilərimizdəndi. Dəlinin yadına daş salmaq kifayətdi.

- Məni bağışlayın, - dedim, - siz atatürkçülüyü doğru başa düşmürsünüz. Atatürk dövlətin zəif vaxtında İran şahından qızıl pul qarşılığında 15 km enində torpaq alıb, Naxçıvanla Türkiyəni birləşdirdi. Siz isə qardaş xalqların anlaşmasına az-çox yardımçı olan sözləri sıradan çıxarmaqla məşğulsunuz. Bu, əsl vandalizmdir. Millətin arasına məzhəb ayrı-seçkiliyi salan mollalardan, din tüccarlarından heç bir fərqiniz yoxdur. Sizin kimi dilçiləri olan türkə düşmən ehtiyac deyil.

lll

Bütün günü bu barədə düşündüm. Gecə də gec yatdım. Yuxuda gördüm, onlar dediklərini gerçəkləşdiriblər. O məşum toplantıdan nə az-nə çox, düz 20 il ötüb. Türkdilli qardaş dövlətlərin başabəla dilçiləri "böyük" qardaşın fitvasına uyub, dillərində nə qədər ərəb-fars, Avropa sözləri var, hamısını süni şəkildə qurub-qoşduqları yeni sözlərlə əvəz ediblər. Əndirəbadi dillər əmələ gəlib. Bayaqdan bir-birlərini asanca başa düşdükləri halda, indi tərcüməçiyə, ortaq dilə - ingilis dilinə möhtacdılar.

İstanbulda keçiriləcək növbəti Türk Ləhcələri Toplantısına qardaş ölkələrdən dəvət alan nümayəndələr hava limanındaydılar. Onları qarşılayan və toplantı yerinə aparmalı olan Türkiyə dilçilərinin rəhbəri ev sahibi kimi nəqliyyat vasitələrindən ən sürətli və ən rahatını - metronu seçmişdi. Elə hey təkrarlayırdı:

- Əfəndilər, Buluşma yerinə buyurun.

Bir-birinin üzünə baxıb, gözünü döyən qardaş dilçilər bu lənətə gəlmiş "Buluşma yeri"nin nəmənə olduğunu anlamayaraq deyirdilər:

- Əfəndim, biz zatən buluşma yerindəyik.

Türk dili qurumunun bəraye-ehtiyat onlar üçün ayırdığı tərcüməçi də tərslikdən hardasa ləngiyirdi. 

Toplantıya qonaq qismində qatılmış bölgə üzrə ingilis şərqşünası avara qalmış dilçilərin dadına yetdi:

- Cənab toplantı iştirakçıları, yəqin hamınız ingilis dilini bilirsiniz?

- Əlbəttə, bilirik! - Bir ağızdan, həm də fəxarətlə dilləndilər.

- Məlumunuz olsun ki, müasir türk dilindəki Buluşma yeri "metro" deməkdir.

Utancverici sıxıntıdan qurtaran Türk Dil Qurumunun rəhbəri ingilis şərqşünasına acizanə təşəkkür etdi. Qardaş dilçilər isə ona dəvə nalbəndə baxan kimi baxaraq qarşıda göz deşən iri hərflərlə "Buluşma yeri" yazılmış istiqamətdə addımladılar.

İngilis şərqşünası rişxəndlə gülümsəyərək soruşdu:

- Maraqlıdı, görəsən, metroya müasir qardaş türklər nə deyirlər?

Azərbaycanlı:

- Dartışma yeri. - Özünə haqq qazandırdı. - Bizdə bashabasdı.

- Qucaqlaşma yeri, - özbək dedi. - Bizdə də sıxlıqdı.

- Sürtüşmə yeri, - türkməndən cavab gəldi.

- Gülüşmə yeri, - qazax güldü.

- Ulaşma yeri, - qırğız izahat da verdi. - Yəni tez çatmaq yeri. Bu ulaşmaq o ulaşmaqdan deyil.

- Sizə yazığım gəlir, - Şərqşünas acı-acı güldü. - Doğrudan da, özü özünə edəni el yığılsa, edə bilməz. Hər il dünyada neçə-neçə dil ölür. Bilirsiniz niyə? Dünyanı üzlərinə qapatdıqlarına görə. İnsanlar öz dillərində onları ən yaxın qonşuları belə başa düşmədiyini görüb, əcnəbi dilləri öyrənir, əl-ayaqlarına dolaşan dillərini unudurlar. Təfəkkürünüz molla təfəkkürüdü. Üzdəniraq fəaliyyətiniz sizi bir-birinə yaxınlaşdırmaq əvəzinə, saxta məzhəblər kimi bir-birinizdən ayırıb.

Nə qədər bərk yatsan da, bu sözlərdən sonra ayılmamaq heç mümkündü?!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri