Icma.az
close
up
RU
Metro ilə bağlı mühüm XƏBƏR

Metro ilə bağlı mühüm XƏBƏR

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan hökumətinin təşəbbüsü ilə həyata keçiriləcək "Bakı Metropoliteninin Siqnallaşdırmanın Modernləşdirilməsi və Əməliyyatların Rəqəmsallaşdırılması Layihəsi" çərçivəsində Asiya İnkişaf Bankı (AİB) tərəfindən erkən bazar müzakirəsi (Early Market Engagement - EME) tədbiri elan edilib.

Milli.Az bu barədə AİB-ə istinadən xəbər verir.

Layihə 59447-001 nömrəsi ilə qeydiyyatdan keçib və icraçı qurum "Bakı Metropoliteni" QSC-dir. Bildiirlib ki, tədbirə maraq göstərən bütün şirkət və təşkilatlar qatılmaq üçün dəvət olunur.

Tədbir 30 aprel 2026-cı il, saat 14:00-16:00 (Bakı vaxtı) tarixində onlayn formatda, "Microsoft Teams" platforması üzərindən keçiriləcək. Görüşdə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Vurğulanıb ki, layihənin əsas məqsədi Bakı metrosunda siqnallaşdırma sistemlərinin müasirləşdirilməsi və əməliyyat proseslərinin rəqəmsallaşdırılmasıdır. İlkin hesablamalara görə, layihənin ümumi dəyəri təxminən 350 milyon ABŞ dolları təşkil edir. Maliyyələşdirmənin əsas hissəsinin Asiya İnkişaf Bankı tərəfindən təmin olunacağı, əlavə olaraq Asiya İnfrastruktur İnvestisiya Bankının birgə maliyyələşdirməsinin nəzərdən keçirildiyi bildirilir.

Layihə çərçivəsində aşağıdakı işlərin həyata keçirilməsi planlaşdırılır:

1. Müasir, o cümlədən CBTC əsaslı qatar idarəetmə texnologiyalarının tətbiqi ilə siqnallaşdırma sistemlərinin yenilənməsi;

2. Müasir Əməliyyatlara Nəzarət Mərkəzinin (OCC) yaradılması;

3. Metro əməliyyatları və aktivlərin idarə olunması üçün rəqəmsal sistemlərin tətbiqi;

4. Rabitə, monitorinq və kibertəhlükəsizlik sistemlərinin inteqrasiyası;

5. Mövcud metro infrastrukturunda rəqəmsal həllərin genişləndirilməsi;

6. Layihə idarəetməsi və texniki nəzarət üzrə məsləhət xidmətləri.

Qeyd edilib ki, erkən bazar müzakirəsinin keçirilməsində məqsəd potensial podratçıların, texnologiya təchizatçılarının, sistem inteqratorlarının və məsləhətçilərin imkanlarını öyrənmək, həmçinin layihənin texniki yanaşması və satınalma strategiyasını təkmilləşdirməkdir.

Əlavə edilib ki, tədbirdə iştirak şirkətlərə layihənin ilkin konsepsiyası ilə tanış olmaq, mümkün satınalma yanaşması və vaxt qrafiki barədə məlumat əldə etmək, həmçinin beynəlxalq təcrübəyə əsaslanan rəy və təkliflərini bölüşmək imkanı verəcək.

Qeyd olunub ki, bu tədbirdə iştirak rəsmi tender prosesində iştirak anlamına gəlmir. Gələcək satınalmalar Asiya İnkişaf Bankı qaydalarına uyğun həyata keçiriləcək və iştirak üçün ölkə məhdudiyyəti olmaya bilər.

Tender prosesinə 2026-cı ilin üçüncü rübündə başlanması gözlənilir.

Tədbirdə iştirak etmək istəyən şirkətlər 23 aprel 2026-cı il, saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən iştirakçılara onlayn görüş linki və əlavə məlumatlar əvvəlcədən təqdim olunacaq./Trend.Az

Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Aprel 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri