Icma.az
close
up
RU
Metro ilə bağlı hər kəsi SEVİNDİRƏCƏK XƏBƏR

Metro ilə bağlı hər kəsi SEVİNDİRƏCƏK XƏBƏR

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı metrosunun "İçərişəhər" stansiyasında xətlərin ayrılması layihəsi çərçivəsində dönmə tunelinin (dönmə kamerası) inşasına start verilib.

Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, tikintinin əsas məqsədi xətlərin ayrılması ilə hər bir xəttin müstəqil fəaliyyəti zamanı qatarlararası intervalların azaldılmasına nail olmaq və sərnişinlərə göstərilən xidmətin keyfiyyətini ən yüksək həddə çatdırmaqdır: "Mövcud vəziyyətdə qatarların eyni platformadan geri dönməsi texniki və təhlükəsizlik baxımından intervalın minimuma endirilməsinə imkan vermir. Dönmə kamerası isə bu məhdudiyyəti tam aradan qaldıracaq. Layihənin sonunda "İçərişəhər" stansiyasında sərnişinləri düşdükdən sonra qatarlar stansiyanın arxasında yerləşən dönmə kamerasına yönələcək və oradan hazırda girişə qapalı olan platformaya daxil olaraq sərnişinlərlə "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edəcək".

Məlumata görə, bununla həm də arxadan gələn qatarların hərəkətinə maneələr və intervalın azaldılmasına təhlükəsizlik səbəbi ilə maneə olan bufer zonası ləğv ediləcək: "Bu dəyişiklik sərnişin axınının daha təhlükəsiz və rahat tənzimlənməsinə, qatarların hərəkətinin daha çevik təşkilinə şərait yaradacaq. Dönmə kamerasının inşası nəticəsində "Qırmızı" xətt üzrə mümkün ən minimal interval tətbiq ediləcək, sərnişinlərin minib-düşmə sahələri bir-birindən tam ayrılacaq, pik saatlarda ehtiyat qatarları dönmə kamerasında hazır saxlanılacaq, qatarların gecələməsi və gecə işləri üçün əlverişli şərait yaradılacaq, texniki nasazlıq yarandıqda qatarlar xətdən operativ çıxarılacaq".

Qeyd edilib ki, dönmə kamerası sərnişinlərin metroya daxil olması üçün alternativ giriş yaratmayacaq: "O, sırf texniki məqsədləri – qatarların sürətli manevrlərini və parklanmasını təmin edəcək. Layihə şəhərsalma prinsipləri və ekomühitin yaradılması baxımından da paytaxt üçün mühüm əhəmiyyət daşıyır. Hazırda yalnız xaotik avtomobil dayanacağı kimi istifadə olunan ərazinin yerüstü səthi piyada zonası və yaşıllıq sahəsinə çevriləcək, yeraltı hissəsində 200-dən çox avtomobil üçün çoxmərtəbəli parkinq inşa olunacaq, ən aşağı səviyyəsində qatarların hərəkəti və texniki ehtiyaclar üçün müasir infrastruktur qurulacaq. Tikinti müddətində bitişik küçədən keçən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmayacaq. "İçərişəhər" stansiyası isə bütün inşaat mərhələləri boyunca mövcud iş rejimində fəaliyyətini davam etdirəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://baku.ws
archiveBu xəbər 22 Dekabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri