Icma.az
close
up
RU
Metro tikintisinə görə vətəndaş niyə əlavə pul və vaxt İTİRMƏLİDİR?

Metro tikintisinə görə vətəndaş niyə əlavə pul və vaxt İTİRMƏLİDİR?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start verilir.

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, 10-11 aylıq tikinti müddətində qatarlar “Nizami”-“28 May” arasında fəaliyyət göstərməyəcək. Həmin müddətdə “28 May” stansiyası bağlanmayacaq, çünki “İçərişəhər-Həzi Aslanov” xəttində dəyişiklik yoxdur. "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar isə ödənişli, yəni 60 qəpik olacaq. 

Məlumat ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bununla bağlı öz etirazını bildirən vətəndaşlar qeyd edirlər ki, həmin proses zamanı əhali ikiqat çətinliklə üzləşməli olacaq. 

Belə ki, bu proses vaxt itkisinə səbəb olacaq, həm də əlavə ödəniş etməli olacaqlar. Məsələ ilə bağlı vətəndaşlardan biri öz sosial şəəbəkə hesabında qeyd edib ki, "Bakıdakı yeni ictimai nəqliyyat sisteminə əsasən, “Neftçilər”də yaşayan bir tələbə BDU-ya gedib-gəlmək üçün gündə 2 manat 40 qəpik xərcləməli olacaq. 

Əgər metronun yanında yaşayırsa və həyatı ancaq ev və dərsdən ibarətdirsə, ayda ən az 60 manat pulu çıxacaq. Əgər bu adam metroya da avtobusla getməlidirsə və az-çox hansısa sosial həyatı olarsa, aylıq xərc 100 manatı keçir. 

Osloda metro, tramvay və avtobusların hamısı daxil olmaqla ümumi ictimai nəqliyyat sistemi üçün bir tələbənin aylıq xərci düz 70 manat edir. Bakıda bir tələbə üçün minimal təqaüd 110 manatdır, Osloda isə ən az 2000 manat. 

Bakıda çox təcili şəkildə tələbə təqaüdləri artırılmalıdır, ictimai nəqliyyatın iqtisadi yükünü sosial dövlət daşımalıdır, aylıq bilet sistemi gəlməlidir və tələbələr üçün qiyməti heç bir halda 20 manatdan artıq olmamalıdır”. 

Bakıda metro stansiyasında tikinti işləri ilə bağlı vətəndaşın niyə ikiqat xərc çəkməsi və əlavə vaxt sərf etməsi istehlakçı hüquqlarının pozulması deyilmi? 

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev “Cebheinfo.az”-a bildirib ki, bu məsələ hüquqi və sosial baxımdan fərqli aspektlərdən qiymətləndirilməlidir: 

"Vətəndaş müəyyən xidmət haqqı ödəyərək metro xidmətindən istifadə etmək istəyir. Lakin təmir və yenidənqurma işləri səbəbindən həmin xidmət əvvəlki formada göstərilmir və sərnişin marşrutunu dəyişməyə məcbur qalır. 

Əgər sərnişin eyni səfəri başa çatdırmaq üçün metro ilə yanaşı, məcburi şəkildə əlavə ödənişli avtobusdan da istifadə etməlidirsə, bu, haqlı narazılıq yaradır. Çünki əlavə xərc sərnişinin öz seçimindən deyil, infrastruktur layihəsindən irəli gəlir”. 

Bununla belə, hüquqi baxımdan bunu birbaşa istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirmək üçün xidməti təşkil edən qurumun sərnişin qarşısında götürdüyü öhdəliklər, tətbiq olunan tarif qaydaları və həmin dövr üçün qəbul ediləcək xüsusi qərarlar nəzərə alınmalıdır: 

“Yəni məsələyə yalnız “ikiqat ödəniş var” prizmasından deyil, mövcud hüquqi tənzimləmə çərçivəsində yanaşmaq lazımdır. Mən hesab edirəm ki, sərnişinlər əlavə maliyyə yükü ilə üzləşməməlidir". 

Ekspertin sözlərinə görə, ən düzgün yanaşma “Nizami”–“28 May” arasında təşkil ediləcək avtobusların metro səfərinin davamı hesab edilməsi və metro kartı ilə həmin avtobuslardan əlavə ödənişsiz istifadənin təmin olunmasıdır: 

"Bu texniki baxımdan mümkündür və dünyanın bir çox şəhərində analoji nəqliyyat məhdudiyyətləri zamanı məhz inteqrasiya olunmuş tarif sistemi tətbiq edilir. Vaxt itkisi isə müəyyən dərəcədə qaçılmazdır. Çünki tikinti işləri təhlükəsizlik və gələcəkdə daha səmərəli metro sisteminin qurulması məqsədi daşıyır. 

Lakin bu, vətəndaşın əlavə pul ödəməsini əsaslandırmır. Dövlət və nəqliyyat qurumlarının əsas vəzifəsi tikintinin yaratdığı narahatlığı minimuma endirməkdir. 

Bunun üçün ödənişsiz və ya inteqrasiya olunmuş transfer sistemi tətbiq edilməli, avtobuslar yüksək intervalla işləməli, onlar üçün xüsusi hərəkət zolaqları ayrılmalı və sərnişinlər operativ şəkildə məlumatlandırılmalıdır.

Nəticə etibarilə, 11 ay ərzində sərnişinlərin məcburi transfer səbəbindən həm əlavə xərc, həm də əlavə vaxt itkisi ilə üzləşməsi sosial ədalət baxımından mübahisəli məsələdir. Əgər transfer avtobusları ödənişli olarsa, bunun ciddi ictimai narazılıq doğuracağı gözləniləndir. 

Sərnişin eyni səfərə görə iki dəfə ödəniş etməməli, transfer vahid gediş haqqı sistemi çərçivəsində təşkil olunmalıdır. Bu yanaşma həm istehlakçı maraqlarının qorunmasına, həm də ictimai nəqliyyata olan etimadın saxlanmasına xidmət edər". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Açar sözlər: metro Adil Nəbiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Avqust 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri