Icma.az
close
up
RU
“Sərnişin əlavə pul ödəməməlidir!” Hüquqşünasdan metro AÇIQLAMASI

“Sərnişin əlavə pul ödəməməlidir!” Hüquqşünasdan metro AÇIQLAMASI

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Ünvanına çatdıra bilmirsə, xərci özü çəkməlidir, sərnişinləri əlavə ödənişə məhkum etmək olmaz”

Metronun 28 May-Nizami stansiyaları arasında keçidin avqustun 15-dən etibarən bağlanacağı xəbəri əhali arasında çaşqınlıq yaradıb. Bakı metropolitenində uzun illərdir üzərində düşünülən layihənin icrasına başlanılacağı bəlli idi.

Bu, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsi ilə reallaşır. Metronun “qırmızı xətt”i ilə “yaşıl xətt”i ayrılır, “İçəriçəhər-Həzi Aslanov” (sonuncu hələ də bağlıdır – M.R.) xətti ayrıca, “Dərnəgül” xətti isə ayrıca olacaq. İndiyədək mövcud olan “Həzi Aslanov-Dərnəgül” xətti artıq tarixə qovuşacaq. Bu marşrutla hərəkət edənlər “28 May”dan “Cəfər Cabbarlı” stansiyasına keçid etməklə “Xətai”dən (Şah sağ olsun – M.R.) gələn qatara minərək yola davam edəcəklər.

Bu, xətlərin ayrılması üçün vacib olan işlər – depların, yeni stansiyaların tikintisi başa çatdıqdan sonra mümkün olacaq. Hazırda isə layihənin icrasının başlanğıcıdır, bunun üçün də “Nizami” stansiyasından “28 May”a keçid müvəqqəti bağlanır. Bu işlər nə qədər çəkəcək, 6 aymı, 1 ilmi, 2 ilmi, bilinmir. Bilənən budur ki, “Dərnəgül” istiqamətində evdən işə və ya dərsə, ya da əksinə hərəkət edənlər gərək “Nizami”də, “28 May”da qatardan düşüb yerin üstünə - bayıra çıxsınlar, orada hər hansı nəqliyyat növü ilə, ya da payi-piyada “Nizami”yə, yaxud da “Nizami”dən “28 May”a gəlsinlər, yenidən yerin altına “girsinlər”. Bu isə həm əlavə ödəniş, həm də vaxt, zaman itkisi olacaq. Sentyabrın 15-dən yeni tədris ilinin başlandığını və ictimai nəqliyyatda, o cümlədən metroda illərdir davam edən basa-bası, sıxlığı düşünəndə, bu əlavə gediş-gəlişin necə ağır nəticəyə səbəb olacağı şəksizdir. Nəqliyyat xərcləri zatən böyükdür. Bir tərəfdən də əlavə xərc çəkməli olacaq işə, dərsə gedib-gələnlər. Məsələ burasındadır ki, metronun inkişaf strategiyası barədə təzə-təzə danışılanda ekspress avtobusların xəttə buraxılacağı və sərnişinləri “28 May”- “Nizami” arasında daşıyacağı bildirilirdi. Amma sonra deyəsən, haqq-hesaba vurub gördülər ki, sərf etmir, sərnişinləri havayı daşımaq. Və indi deyirlər, xərci özünüz çəkin. Metrodan çıxıb avtobusa minib yenidən metroya düşmək əlavə 1manat 20 qəpik xərcləməkdir. Bunu da deyənlər var ki, iki stansiya arası qısa yoldur, piyada hərəkət etmək olar, amma qoca, yaşlı, xəstə, halsız, uşaqlı, fiziki imkanları məhdud insanları da düşünmək olardı, hər halda. Bəs tələbələr, minimum əmək haqqında çalışanlar, niyə ziyana düşməlidir? Belə çıxır ki metro tikintisinin pulunu camaatdan çıxırlar? Metro inkişaf etməmiş, pulunu əvvəlcədən əhali ödəyir. 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov “Sherg.az”a açıqlamasında bildirdi ki, bu, istehlakçı hüquqlarının pozulmasıdır. Əgər daşıyıcı sərnişini bir nöqtədən digərinə aparıb çıxara bilmirsə, bütün əlavə xərcləri özü qarşılamalıdır: 

- Sərnişinlərin bir nöqtədən digərinə daşınması təmin edilməlidir. Kimsə “Neftçilər”dən “Elmlər Akademiyası”na getmək üçün 60 qəpik ödəniş edibsə, ora çatmalıdır. Oradan çıxıb başqa nəqliyyat vasitəsinə minib başqa istiqamətə gedirsə, bu, ayrı məsələ. Amma sərnişin metroya minib bir stansiyadan hər hansı bir digər stansiyayadək getməlirdirsə, növbəti işlək stansiyayadək gedişi Metropoliten tərəfindən təmin olunmalıdır. Əks halda, yenidən ödəniş etməli olacaq. Bu da hardasa, 1 manat 80 qəpik əlavə ödəniş edir. Bunun tənzimlənməsi üsulunu tapmalıdırlar. Məsələn, sərnişinlərə kağız biletlər təqdim oluna bilər, avtobusa minəndə bilinsin  ki, o metro ilə yolunu davam etdirir. İndiki ödəniş sistemi isə kifayət etmir. Bir şey fikirləşməlidirlər. Sərnişinləri əlavə ödənişə məhkum etmək istehlakçı hüquqlarının pozulmasıdır. Əgər daşıyıcı sərnişini ünvanına çatdıra bilmirsə, bütün əlavə xərcləri özü çəkməlidir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Avqust 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri