Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər...
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac olmadan, birbaşa bank kartı ilə ödəniş edə bilirlər. Azərbaycanda da vaxtaşarı bu məsələ müzakirə edilir.
Vətəndaşlar ictimai nəqliyyat vasitələrində gedişhaqqı üçün bank kartlarından nə zaman istifadə edə biləcəklər?
Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli bunun mümkün olduğunu deyib:
Xalid Kərimli
“Azərbaycanda bank sistemi buna hazırdır və texnologiya da mövcuddur. Sadəcə, müvafiq qurumlar – “Bakı Metropoliteni” QSC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı tənzimləmə işləri aparmalıdırlar. Azərbaycan Dəmir Yollarında (ADY) ödəniş plastik kartlarla həyata keçirilir. Onlar reallaşdıra biliblərsə, deməli, ölkənin maliyyə sistemi buna imkan verir. Bir az investisiya qoymaq lazımdır”.
Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu üsul həm daşıyıcılara, həm də sərnişinlərə sərf edir:
Yasin Mustafayev
“Artıq bu istiqamətdə müvafiq tədbirlər görülür. AYNA tərəfindən bank kartları ilə ödənişə imkan verən sistem üzərində iş aparılır. Yəqin ki, yaxın vaxtlarda tətbiq ediləcək. Nağd ödənişlərin maksimum məhdudlaşdırılması istiqamətində addımlar atılır”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 10 May 2025 06:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















