Icma.az
close
up
RU
Azərbaycanda uşaqlara görə ödənişlər veriləcək? ŞAD XƏBƏR

Azərbaycanda uşaqlara görə ödənişlər veriləcək? ŞAD XƏBƏR

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda uşaqların sayında azalma müşahidə edilir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, ötən il ölkədə 102 min 310 körpə doğulub. Bu rəqəm 2022-ci ildə 122 min 846, 2023-cü ildə isə 112 min 620 olub. Prosesin bizim üçün yaxşı vədlər vermədiyi bildirilir, hətta gənc ailələrə müəyyən maddi yardımların edilməsi, uşaqpulunun yenidən bərpası təklif olunur.

Dövlət bu istiqamətdə hansı addımları atmalıdır?

News24.az bildirir ki, Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, bu gün uşaqpulu verən ölkələrin əksəriyyətində demoqrafik böhran yaşanır:

“Belə vəziyyətdə onların uşaqların doğulmasını stimullaşdıran addımlar atması təbiidir. Azərbaycanda isə demoqrafik vəziyyət hələ ki normal səviyyədədir. Lakin uşaqların sayının azalması bizi düşündürməlidir”.

Sabiq nazirin fikrincə, hökumət bununla bağlı yeni bir strategiya ortaya qoymalıdır:

“Gecikmək olmaz. Çünki sonra demoqrafik sahəni stabilləşdirmək üçün bir-iki il yox, bəzən on və daha çox illər tələb oluna bilər. Hesab edirəm ki, dövlət bu proseslərə biganə deyil. Yaxın zamanlarda zəruri addımların şahidi olacağıq”.

Deputat Razi Nurullayev bir müddət əvvəl uşaqların sayının azalması ilə bağlı SOS verildiyini bildirib:

“Əhalinin sayının azalmasını istəmiriksə, uşaqpulunun verilməsi vacibdir. Elə bu səbəbdən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində “çoxuşaqlı ana” anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı aparılan müzakirələr müsbət qarşılanıb. Aidiyyəti dövlət qurumu da məsələyə isti yanaşıb, ilkin razılıq əldə olunub. Məsələnin müsbət yöndə həllini tapacağını düşünürəm”. /yenisabah.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Fevral 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri