Icma.az
close
up
RU
Metroda Əhmədlidən Dərnəgülə necə gedəcəyik? Rəsmi AÇIQLAMA

Metroda Əhmədlidən Dərnəgülə necə gedəcəyik? Rəsmi AÇIQLAMA

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Mətbuatda "28 May" stansiyasının bağlanacağı barədə xəbərlər yayılıb. Sosial şəbəkələrdə də sözügedən mövzu ciddi müzakirələrə səbəb olub. 

Qeyd edək ki, ildə yeraltı nəqliyyatdan 220 milyondan çox sərnişin istifadə edir. Qırmızı xətt və yaşıl xəttin birləşdiyi "28 May" isə ən çox sərnişin qəbul edən stansiyalardan biridir. Stansiyanın bağlanması barədə xəbərlər narahatlığa səbəb olub.

Modern.az-ın məlumatına görə, rəsmi açıqlamada bildirilir ki, "28 May" stansiyasından qatarların "Dərnəgül" stansiyası istiqamətində hərəkətinə məhdudiyyət qoyulacaq. Buna səbəb "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasıdır.

Tunelin inşasına bu ilin son rübündə başlanılması nəzərdə tutulub. Qeyd edək ki. son rüb dedikdə ilin oktyabr, noyabr və dekabr ayları nəzərdə tutulur.

Bakı metrosundan verilən açıqlamada, həmçinin qeyd olunur ki, "28 May" stansiyasının sərnişinlərin giriş-çıxışına bağlanması nəzərdə tutulmayıb.

"Qatarlar "İçərişəhər-Əhmədli" xəttində adi adi qaydada hərəkət edəcək", - açıqlamada bildirilib. Açıqlamada məlum olur ki, "Əhmədli"dən (əslində "Həzi Aslanov" stansiyasından) "İçərişəhər"ə hərəkət edən sərnişinlər üçün hər hansı çətinlik olmayacaq.

"Dərnəgül"dən "Əhmədli" istiqamətinə və əksinə gedən sərnişinlər isə çətinliklə üzləşəcək. Belə ki, "Əhmədli" istiqamətindən gələn sərnişinlər "28 May"da düşməli olacaqlar. Onlar hələlik məlum olmayan yolla "Nizami"yə getməli, həmin stansiyadan "Dərnəgül" istiqamətində davam etməlidir.

"Dərnəgül"dən gələn sərnişinlər isə, eyni qaydada, "Nizami"yə qədər gəlməli, oradan hələlik məlum olmayan yolla "28 May" stansiyasına getməli və bu stansiyadan yoluna davam etməlidir.

"Nizami"dən "28 May" stansiyasına sərnişinlər necə hərəkət edəcəyi isə hələlik məlum deyil. Rəsmi açıqlamada bildirilib ki, "28 May" və "Nizami" stansiyalarından bir-birinə keçidinin və yaxud transferinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək.

Müzakirə olunan mövzuları dəqiqləşdirmək üçün Modern.az məsələ "Bakı Metroploiteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədova bir sıra suallar ünvanlayıb.

Saytımıza açıqlamasında da mətbuat katibi bir daha bildirib ki, "28 May" stansiyasına daxil olmaqda heç bir problem yaşanmayacaq:

"Ümumiyyətlə "28 May" stansiyasının bağlanması günün mövzusu deyil. Stansiyanın bağlanacağı ilə bağlı məlumatlar haradan çıxıb, bilmirəm. Xətlərin ayrılması üçün zəruri olan təxminən 200 metrlik tunelin inşası zamanı "28 May" stansiyası öz funksional fəaliyyətini davam etdirəcək. Lakin qatarlar "28 May" stansiyasından indiki kimi üzü "Nizami" istiqamətində hərəkət etməyəcək. Yəni "28 May"dan "Dərnəgül" istiqamətinə qatarların hərəkəti məhdudlaşdıracaq. Yaşıl xətdə qatarlar hərəkət edəcək. Tunelin inkişafı dövründə  qatarlar “Dərnəgül” “Nizami” arasında hərəkət edəcək. Birinci mərhələdə əsas məsələlərdən biri "Dərnəgül" elektrik deposunun birinci mərhələ üzrə işlərinin tamamlanmasıdır. Bununla bağlı məsələlərə aydınlıq gətirildikcə ictimaiyyətə tam məlumatlar təqdim olunacaq. Bütün məlumatlar operativ şəkildə veriləcək ki, hər hansı bir əlavə problem olmasın".

Mətbuat katibi bir daha vurğulayıb ki, “28 May”-“Nizami” stansiyaları arasında sərnişinlərin transferini təmin etmək üçün tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək:

"Qatarlar indiki kimi “İçərişəhər”-“Əhmədli” istiqamətində qatar necə gedib-gəlirsə, orada hər hansı dəyişiklik olmayacaq. Dəyişiklik sadəcə o olacaq ki, “28 May”la “Dərnəgül” istiqamətində qatarların hərəkəti məhdudlaşdırılacaq. Qırmızı xətdən yaşıl xəttə, yaxud da “28 May”-“Nizami” stansiyaları arasında isə metro sərnişinlərin  transferini təmin etmək üçün tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:310
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Aprel 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri