Icma.az
close
up
RU
Metroda gediş haqqı artırılacaq? RƏSMİ AÇIQLAMA

Metroda gediş haqqı artırılacaq? RƏSMİ AÇIQLAMA

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ili 139 milyon 616 min manat zərərlə başa vurub.

“Cebheinfo.az” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 81,6 % çoxdur.

Ötən il "Bakı Metropoliteni"nin sərnişindaşımadan gəlirləri 20.6 % artaraq 100 milyon 647 min manat, Hökumət subsidiyalarından gəliri 30.2 % 50 milyon manat, digər gəlirləri isə 4.4 % azalaraq 5 milyon manat təşkil edib.

Beləliklə "Bakı Metropoliteni" QSC-nin yığılmış zərəri 4,7 % artaraq 3 milyard 109,540 milyon manata çatıb.Bu il yanvarın 1-nə "Bakı Metropoliteni"nin aktivləri 418 milyon 818 min manat olub ki, bu da illik müqayisədə 1 % çoxdur.

Hesabat dövründə metronun öhdəlikləri 34 % artaraq 33 milyon 287 min manata yüksəlib, balans kapitalı isə 1,1 % azalaraq 385 milyon 531 min manata enib.

Qeyd edilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə 1 oktyabr 2025-ci il tarixindən etibarən sərnişindaşıma tarifinin 50 qəpikdən 60 qəpiyə qaldırılması təsdiq edilib.

“Bakı Metropoliteni” QSC-nin maliyyə vəziyyətinə dair məlumatlar ictimaiyyət arasında narahatlıq yaradıb. Artıq vətəndaşlar arasında metro tariflərinin yaxın gələcəkdə yenidən artırılacağı ilə bağlı müzakirələr başlayıb.

Maraqlıdır, metroda gediş haqqı artırılacaq? 

Məsələ ilə bağlı “Cebheinfo.az”-a “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, tariflərə yenidən baxılması barədə hər hansı məlumat yoxdur:

““Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin metro nəqliyyat növündə gediş haqqı tariflərini tənzimləmək səlahiyyəti yoxdur. Həmçinin “Bakı Metropoliteni” QSC-də tariflərə yenidən baxılması barədə hər hansı məlumat mövcud deyil”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri