Icma.az
close
up
RU
Metroda gediş haqqı artırılacaq? VACİB AÇIQLAMA

Metroda gediş haqqı artırılacaq? VACİB AÇIQLAMA

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bakı Metropoliteni” QSC 2024-cü il üzrə maliyyə fəaliyyətini 139,62 milyon manat xalis zərərlə yekunlaşdırıb. Ortaya çıxan bu göstərici ictimaiyyətdə metroda gedişhaqlarının artırılması ehtimalı ilə bağlı suallar yaradıb. Maraqlıdır, 139,62 milyon manatlıq xalis zərər birbaşa qiymət artımına səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az–a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, sözügedən zərər birbaşa olaraq qiymət artımı ilə əlaqələndirilməməlidir.

Ekspertin sözlərinə görə, hazırda “Bakı Metropoliteni” bir neçə irimiqyaslı layihə üzərində çalışır:

“Yeni xətlərin çəkilməsi, geriyədönmə məntəqələrinin və xətt ayrılmalarının inşası, eləcə də 2040-cı ilə qədər Bakı metro şəbəkəsinin şaxələndirilməsi planları ciddi maliyyə xərcləri tələb edir. Bu layihələr xərclərin artmasına səbəb olan əsas amillərdəndir”.

Aslan Əsədov qeyd edib ki, metro yalnız infrastruktur layihələri deyil, eyni zamanda gündəlik istismar, təhlükəsizlik, texniki xidmət və sərnişin daşımalarının davamlılığı üçün də böyük vəsait sərf edir:

“Bakı metrosunda sərnişin sıxlığı yüksəkdir. Əhali gündəlik olaraq intensiv şəkildə metropolitendən istifadə edir. Lakin bu sıxlığın özü də əlavə problemlər və əlavə xərclər yaradır. Sərnişin axınının çox olması avtomatik olaraq gəlirlərin xərcləri üstələməsi demək deyil”.

Ekspert vurğulayıb ki, metro sisteminin saxlanılması və inkişafı üçün müəyyən meyarlar mövcuddur və bu meyarlar Bakı kimi iri şəhərlər üçün daha spesifik xarakter daşıyır:

“Bu baxımdan xalis zərərin olması tarif artımının baş verəcəyi anlamına gəlmir. Qiymət məsələsi daha geniş iqtisadi və sosial faktorlar nəzərə alınmaqla dəyərləndirilməlidir”.

Qeyd edək ki, hazırda rəsmi qurumlar tərəfindən metroda gedişhaqlarının artırılması ilə bağlı hər hansı qərar açıqlanmayıb.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Dekabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri