Icma.az
close
up
RU
Metroda məsafəyə görə gedişhaqqı olacaq? REAKSİYA

Metroda məsafəyə görə gedişhaqqı olacaq? REAKSİYA

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İctimai nəqliyyatda - metroda gedişhaqqının məbləğinin artacağı ilə bağlı fikirlər yayılıb. Bir sıra xəbər portallarında və sosial şəbəkələrdə qeyd edilir ki, ictimai nəqliyyatda gedişhaqqı təxminən 1 manat olacaq. Həmçinin gediş haqqının məsafəyə görə müəyyən edləcəyinə dair iddialar da səsləndirilir.

Buna təsir edən faktorlara nəqliyyat xərclərinin ildən-ilə artması, texniki xidmət və ehtiyat hissələrinin bahalaşması göstərilir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Modern.az-a açıqlamasında qeyd edib ki, Bakı metrosunda ilkin olaraq müəyyən infrastruktur layihələrinin icrası zəruridir ki, sərnişin axınları düzgün şəkildə ayrılsın. Onun sözlərinə görə, bu layihələr artıq 5 illik inkişaf proqramında nəzərdə tutulub.

“Məsələn, bu ilin sonunadək tamamlanması planlaşdırılan yeni depo inşa olunur. Eyni zamanda, xətt ayrılmaları gələn ildən etibarən həyata keçiriləcək və bu istiqamətdə maliyyələşmə də növbəti il ərzində təmin olunacaq.

Bu tədbirlərin nəticəsində 3 metro xəttinin müstəqil fəaliyyət göstərməsi mümkün olacaq. Əgər 3 xəttimiz varsa, onların hər birinin ayrıca deposu olmalı və minimum intervalla (yəni daha sıx qrafiklə) hərəkət etməsi təmin edilməlidir”.

O, həmçinin vurğulayıb ki, növbəti mərhələ bu xətlərin inkişafı və genişləndirilməsi də olacaq:

“Bu, Baş plan, Dövlət Proqramı və Konseptual planda da əksini tapıb.

Xüsusilə, bənövşəyi xəttin şəhər mərkəzinə qədər uzadılması və bir neçə nəqliyyat növü ilə əlaqələndirilməsi, Yaşıl xəttin inkişafı, İçərişəhər stansiyası arxasında dönmə kamerasının inşası, eləcə də Xocasən deposunun genişləndirilməsi bu mərhələyə daxildir.

Bütün bu işlər tamamlandıqdan sonra - yəni metro xətləri genişləndiriləndən, infrastruktur tam qurulduqdan sonra, məsafəyə görə gediş haqqının tətbiqi məsələsinə baxıla bilər”.

Nəqliyyat eksperti hazırkı mərhələdə bu yanaşmanı effektiv hesab etmədiyini bildirib:

“Çünki metro şəbəkəsinin hələ də əhəmiyyətli inkişafa ehtiyacı var. Lakin əlavə 10 stansiya istifadəyə verildikdən sonra bu məsələ daha real və məqsədəuyğun olacaq”.

R.Ağamirzəyev eyni zamanda söyləyib ki, digər mühüm məsələ şəhərin ümumi mobilliyi ilə bağlıdır:

“Şəhər üzrə ictimai nəqliyyatda Brutto müqavilələrə keçidzəruridir. Bu modelə əsasən, daşıyıcılara hər kilometr üçün subsidiya verilməsi planlaşdırılır. Nəticədə güzəştlərin tətbiqi, o cümlədən pulsuz keçidlər, günlük, həftəlik, aylıq, 3 aylıq, 6 aylıq və illik bilet paketlərinin təklif olunması mümkün olacaq”.

Ekspert onu da əlavə edib ki, bunlar kompleks yanaşma və sistemli həll tələb edən məsələlərdir:

“Mən düşünürəm ki, bu, sadəcə zaman məsələsidir. Qərar verildikdən və Brutto müqavilə sisteminə keçid baş verdikdən sonra, məsafəyə əsaslanan gediş haqqı sisteminin tətbiqi də gündəmə gətirilə bilər”,- deyə R.Ağamirzəyev bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri