Icma.az
close
up
RU
Metroda məsafəyə görə gedişhaqqı olacaq? REAKSİYA

Metroda məsafəyə görə gedişhaqqı olacaq? REAKSİYA

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

İctimai nəqliyyatda – metroda gedişhaqqının məbləğinin artacağı ilə bağlı fikirlər yayılıb. Bir sıra xəbər portallarında və sosial şəbəkələrdə qeyd edilir ki, ictimai nəqliyyatda gedişhaqqı təxminən 1 manat olacaq. Həmçinin gediş haqqının məsafəyə görə müəyyən edləcəyinə dair iddialar da səsləndirilir.

Buna təsir edən faktorlara nəqliyyat xərclərinin ildən-ilə artması, texniki xidmət və ehtiyat hissələrinin bahalaşması göstərilir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Modern.az-a açıqlamasında qeyd edib ki, Bakı metrosunda ilkin olaraq müəyyən infrastruktur layihələrinin icrası zəruridir ki, sərnişin axınları düzgün şəkildə ayrılsın. Onun sözlərinə görə, bu layihələr artıq 5 illik inkişaf proqramında nəzərdə tutulub.

“Məsələn, bu ilin sonunadək tamamlanması planlaşdırılan yeni depo inşa olunur. Eyni zamanda, xətt ayrılmaları gələn ildən etibarən həyata keçiriləcək və bu istiqamətdə maliyyələşmə də növbəti il ərzində təmin olunacaq.

Bu tədbirlərin nəticəsində 3 metro xəttinin müstəqil fəaliyyət göstərməsi mümkün olacaq. Əgər 3 xəttimiz varsa, onların hər birinin ayrıca deposu olmalı və minimum intervalla (yəni daha sıx qrafiklə) hərəkət etməsi təmin edilməlidir”.

O, həmçinin vurğulayıb ki, növbəti mərhələ bu xətlərin inkişafı və genişləndirilməsi də olacaq:

“Bu, Baş plan, Dövlət Proqramı və Konseptual planda da əksini tapıb.

Xüsusilə, bənövşəyi xəttin şəhər mərkəzinə qədər uzadılması və bir neçə nəqliyyat növü ilə əlaqələndirilməsi, Yaşıl xəttin inkişafı, İçərişəhər stansiyası arxasında dönmə kamerasının inşası, eləcə də Xocasən deposunun genişləndirilməsi bu mərhələyə daxildir.

Bütün bu işlər tamamlandıqdan sonra – yəni metro xətləri genişləndiriləndən, infrastruktur tam qurulduqdan sonra, məsafəyə görə gediş haqqının tətbiqi məsələsinə baxıla bilər”.

Nəqliyyat eksperti hazırkı mərhələdə bu yanaşmanı effektiv hesab etmədiyini bildirib:

“Çünki metro şəbəkəsinin hələ də əhəmiyyətli inkişafa ehtiyacı var. Lakin əlavə 10 stansiya istifadəyə verildikdən sonra bu məsələ daha real və məqsədəuyğun olacaq”.

R.Ağamirzəyev eyni zamanda söyləyib ki, digər mühüm məsələ şəhərin ümumi mobilliyi ilə bağlıdır:

“Şəhər üzrə ictimai nəqliyyatda Brutto müqavilələrə keçid zəruridir. Bu modelə əsasən, daşıyıcılara hər kilometr üçün subsidiya verilməsi planlaşdırılır. Nəticədə güzəştlərin tətbiqi, o cümlədən pulsuz keçidlər, günlük, həftəlik, aylıq, 3 aylıq, 6 aylıq və illik bilet paketlərinin təklif olunması mümkün olacaq”.

Ekspert onu da əlavə edib ki, bunlar kompleks yanaşma və sistemli həll tələb edən məsələlərdir:

“Mən düşünürəm ki, bu, sadəcə zaman məsələsidir. Qərar verildikdən və Brutto müqavilə sisteminə keçid baş verdikdən sonra, məsafəyə əsaslanan gediş haqqı sisteminin tətbiqi də gündəmə gətirilə bilər”,- deyə R.Ağamirzəyev bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 30 Avqust 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri