Icma.az
close
up
RU
Metroda məsafəyə görə ödəniş tətbiqi Sakinlər nə düşünür? SORĞU

Metroda məsafəyə görə ödəniş tətbiqi Sakinlər nə düşünür? SORĞU

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bakı Metropoliteni"nin gediş haqqı sistemində differensial qaydada ödəniş üsullarının tətbiq edilməsi gələcəkdə nəzərdə tutula bilər. Metroda gedilən məsafəyə uyğun ödəniş sistemi tətbiq oluna biləcəyi ilə bağlı məlumatlar sosial şəbəkələrdə geniş müzakirə olunur.

Redaktor.az olaraq şəhər sakinləri arasında sorğu keçirdik. Paytaxt sakinlərinin bu məsələ ilə bağlı fikirləri isə fərqlidir.

Sakinlərin bir qismi belə yeniliyi tamamilə lazımsız hesab edir:

"Bu, çox lazım­sız qərardır. Gündə bir şey çıxarırlar, qoymurlar sakit başla həyatımızı yaşayaq. Onsuz da hər şey bahalaşıb, indi də metronu hesablamaq qalırdı?" - deyə vətəndaşlardan biri etirazını bildirib.

Şəhər sakini olan ibtidai sinif müəlliməsi isə məsafəyə görə ödəniş sistemini müəyyən şərtlərlə dəstəkləyir:

"Əgər belə olacaqsa, minimum qiymət qoysunlar. Məsələn, 30 qəpik. Mən 20 Yanvardan İnşaatçılara gedirəmsə, niyə 60 qəpik verim? Elə 20-30 qəpik verim, mənə də xeyir. Uzun yol gedən ödəsin, amma qısa məsafələrə endirim olsun”.

"Qərar verəndə xalqı da düşünmək lazımdır"

Bəzi sakinlər isə bu sistemin xüsusilə sosial həssas qruplara əlavə yük yaradacağını düşünür:

"Mən pensiyaçı adamam. Bəzən 10-12 stansiya fərqi ilə qohumgilə gedirəm. Bu yeni sistem çıxsa, mənim xərcim artacaq. Qərar verəndə xalqı da düşünmək lazımdır. Hamının imkanı eyni deyil axı".

"Tələbələri də düşünün"

Universitet tələbəsi bildirdi ki, məsafəyə görə ödəniş onun üçün çətinlik yaradacaq: "Hər gün dərsə gedəndə həm avtobusdan, həm metrodan istifadə edirəm. Metroda gediş haqqını məsafəyə görə qaldırsalar mənə çox çətin olacaq. "Əhmədli"dən "Elmlər"ə kimi yəqin ki, qiymət bahalaşacaq. Ona görə də mən belə bir şeyin əleyhinəyəm. Heç olmasa tələbələri də düşünün". 

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri