Icma.az
close
up
RU
Metroda məsafəyə görə ödəniş ancaq o zaman mümkün ki... Ekspert DANIŞDI

Metroda məsafəyə görə ödəniş ancaq o zaman mümkün ki... Ekspert DANIŞDI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı metrosunda gələcəkdə gediş haqqı sistemində differensial qaydada ödəniş üsulları tətbiq edilə bilər.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib. 

Bəs metroda differensial ödəniş sisteminin tətbiqi mümkündürmü?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Redaktor.az-a açıqlamasında bildirdi ki, bu mövzunun kim tərəfindən təkrar-təkrar gündəmə gətirildiyini anlamaq olmur:

"Axı açıq şəkildə də deyilir ki, bu, bu günün məsələsi deyil. Metronun qarşısında həll edilməli çox böyük işlər var. Artıq 58 yaşlı metro inkişaf etməlidir. Şəhər böyüyüb, amma metro bu inkişaf tempinə uyğun genişlənməyib. Dövlət proqramına əsasən hələ 11 yeni stansiya tikilməlidir. Mövcud infrastrukturun müasirləşdirilməsi, rəqəmsallaşdırılması, bəzi sahələrdə elektrik təchizatının yenilənməsi kimi illərlə yığılıb qalmış çağırışlar mövcuddur. Bu səbəbdən məsafəyə görə ödəniş nə bugünün məsələsidir, nə də yaxın illərin. Bu, ancaq şəbəkə kifayət qədər genişləndikdən sonra müzakirəyə gətirilə biləcək bir mövzudur. Hazırda isə belə bir gündəm mövcud deyil. Son bir-iki ay ərzində bu mövzu dəfələrlə müzakirə olunub və hər dəfə eyni sözləri təkrarlamalı oluruq. Niyə bu məsələ yenidən-qayidən gündəmə gətirilir, başa düşmürəm".

Ekspert qeyd etdi ki, məsafəyə görə ödəniş ancaq o zaman mümkün ola bilər ki, metronun dairəvi xətti olsun, xətlərin sayı artmış olsun, keçid stansiyaları çoxalsın.

"Metro hazırda yetərincə ciddi çağırışlarla üz-üzədir. Görüləsi işlər çoxdur və indiki mərhələdə bu mövzunu müzakirə etməyə heç bir ehtiyac yoxdur. Hazırda metronun texniki məhdudiyyətləri aradan qaldırılmalıdır: xətlər ayrılmalı, depo tikilməli, "Qırmızı xətt" üzrə dönmə kamerası inşa olunmalıdır ki, "İçərişəhər" stansiyasında qatarlar əlavə gözləmə olmadan hərəkət edə bilsin. Mövcud infrastruktur çərçivəsində ilk növbədə intervalın azaldılması istiqamətində böyük işlər görülməlidir. Daha sonra 2030-cu ilə qədər müəyyən edilmiş hədəflərə çatılmalıdır: yeni stansiyaların və xətlərin açılması, sərnişin axınının bölünməsi həyata keçirilməlidir. Bundan sonrakı mərhələdə isə şəhərin dairəvi xəttinin tikilməsi və istifadəyə verilməsi mütləqdir. Bu baş verdikdən sonra metroda tamamilə fərqli hərəkət sistemi formalaşacaq və yerüstü nəqliyyatın yükü ciddi şəkildə yeraltı şəbəkəyə ötürüləcək. Bunlar həyata keçirildikdən sonra, bəlkə onda məsafəyə görə ödəniş məsələsi müzakirəyə çıxarıla bilər. Bu gün isə belə bir tətbiqin texniki və funksional baxımdan necə mümkün ola biləcəyini təsəvvür etmək belə çətindir. Hazırda metro hələ öz üzərinə düşən yükü tam şəkildə bölüşdürə bilməyib. Xətt şəbəkəsinin genişlənməsi, stansiya sayının artması tələb olunur. Bu olmadan məsafəyə görə ödənişdən danışmaq real deyil", - deyə Rauf Ağamirzəyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri