Icma.az
close
up
RU
Metroda yeni gediş haqqı NECƏ ÖDƏNƏCƏK?

Metroda yeni gediş haqqı NECƏ ÖDƏNƏCƏK?

Icma.az, Avtosfer saytına istinadən bildirir.

2026-cı ildə Bakı metrosu yeni dövrə keçəcək. Gedişhaqqı sərnişinin qət etdiyi məsafəyə görə ödəniləcək. Bu barədə "Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli tarif dəyişikliklərindən danışarkən bildirib. Rəis əlavə edib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir:

“Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər".

Bəs metroda məsafəyə görə gediş haqqı necə hesablanacaq?

Avtosfer.az-ın məlumatına görə, nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı "Musavat.com"a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda tariflərin differensiallaşdırılması bir çox ölkələrdə, xüsusilə Avropada uzun illərdir tətbiq olunur:

“Bu modelə əsasən sərnişin neçə stansiya və ya neçə kilometr yol qət edirsə, ödəniş də buna uyğun hesablanır. Ən çox istifadə olunan yanaşmalardan biri pilləli tarif sistemidir. Qısa məsafə qət edən sərnişin minimal ödəniş edir, məsələn 2–3 stansiya üçün daha aşağı tarif tətbiq olunur. Məsafə uzandıqca gedişhaqqı da tədricən artır. Bu zaman mərkəzi ərazilərdə hərəkət edən sərnişinlə daha uzaq məsafəyə gedən sərnişinin ödədiyi məbləğ arasında fərq yaranır. Adətən mərkəzdə yaşayanlar şəhərin kənar ərazilərində yaşayanlarla müqayisədə daha az ödəniş edirlər. Lakin burada düzgün planlaşdırma aparılmalıdır ki, sosial balans pozulmasın və müəyyən narazılıqlar yaranmasın”.

Ekspert onu da qeyd edib ki, alternativ olaraq zona üzrə tarif modeli də tətbiq edilə bilər:

“Məsələn, Bakı Metropoliteni yaxın, orta və uzaq zonalara bölünə bilər. Mərkəzi zonalarda qiymətlər daha ucuz, uzaq zonalarda isə fərqli ola bilər. Texniki baxımdan ən vacib məqam hesablamanın necə aparılacağıdır. Sərnişin metroya daxil olarkən kartını oxudur, çıxışda da yenidən oxudur. Sistem avtomatik olaraq neçə stansiya keçdiyini və ya hansı zonalardan istifadə etdiyini müəyyən edir və müvafiq məbləği kart balansından çıxır. Sərnişin seqmentləri də nəzərə alına bilər. Tələbələr, pensiyaçılar və digər həssas qruplar üçün xüsusi güzəştlər tətbiq oluna bilər. Eyni zamanda gündəlik və intensiv istifadə edən sərnişinlər üçün endirimli və ya sabit paketlər təklif etmək mümkündür. Bu sistemin əsas üstünlüyü ədalətli tarif prinsipinə əsaslanmasıdır: az yol gedən az, çox yol gedən isə daha çox ödəyir. Bu yanaşma metronun real xərclərinin daha dəqiq hesablanmasına, uzaq xətlərin maliyyə yükünün balanslaşdırılmasına və daha müasir, çevik tarif siyasətinin formalaşmasına imkan verər. Mexanizmin bu il ərzində hazırlanması mümkündür. Lakin bütün hallarda sosial tarazlığı qoruyan mexanizmlər mütləq şəkildə nəzərə alınmalıdır”.

Dünya ölkələrində metro və ümumilikdə ictimai nəqliyyatda gedişhaqqının hesablanması şəhərin ölçüsünə, nəqliyyat şəbəkəsinin quruluşuna və sosial siyasətə uyğun olaraq fərqli modellərlə tənzimlənir. İnkişaf etmiş ölkələrdə əsas məqsəd həm ədalətli ödəniş mexanizmi yaratmaq, həm də sosial balansı qorumaqdır.

Bir çox ölkələrdə gedişhaqqı sərnişinin qət etdiyi məsafəyə əsaslanır. Bu model xüsusilə Yaponiya, Cənubi Koreya və Sinqapur kimi ölkələrdə tətbiq olunur. Sərnişin metroya daxil olarkən və çıxarkən kartını oxudur, sistem avtomatik olaraq neçə kilometr və ya neçə stansiya yol getdiyini hesablayır və ödənişi buna uyğun çıxır. Bu yanaşma “az gedən az, çox gedən çox ödəsin” prinsipinə əsaslanır.

Avropa ölkələrinin əksəriyyətində isə zona üzrə tarif modeli geniş yayılıb. London, Paris, Berlin kimi şəhərlərdə metro şəbəkəsi bir neçə zonaya bölünür. Sərnişinin keçdiyi zonaların sayına görə gedişhaqqı müəyyən edilir. Adətən mərkəzi zonalarda qiymətlər daha ucuz, şəhərin kənar ərazilərinə doğru isə daha yüksək olur. Bu sistem həm şəhərdaxili hərəkəti tənzimləyir, həm də uzun məsafəli xətlərin maliyyə yükünü balanslaşdırmağa imkan verir.

Bəzi ölkələrdə vahid tarif modeli saxlanılır. Məsələn, Moskva və İstanbul metrosunda sərnişin hansı məsafəni qət etməsindən asılı olmayaraq eyni məbləği ödəyir. Bu model sadə və rahat olsa da, qısa məsafə gedən sərnişinlər üçün həmişə ədalətli hesab edilmir.

Digər geniş yayılmış yanaşmalardan biri zaman əsaslı tarif sistemidir. Bu halda sərnişin müəyyən vaxt intervalı üçün bilet alır və həmin müddət ərzində istənilən sayda ictimai nəqliyyat vasitəsindən istifadə edə bilir. Bu model Praqa, Roma və Barselona kimi şəhərlərdə tətbiq olunur və xüsusilə tez-tez nəqliyyatdan istifadə edənlər üçün sərfəlidir.

Bütün bu modellərlə yanaşı, əksər ölkələrdə tələbələr, pensiyaçılar, əlillər və digər həssas qruplar üçün endirimlər, aylıq və illik abonementlər tətbiq olunur. Yəni, dünya təcrübəsi göstərir ki, tarif sistemi təkcə iqtisadi deyil, eyni zamanda sosial amillər nəzərə alınmaqla formalaşdırılır.

Oxunub 36

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Yanvar 2026 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri