Metrodakı hadisə ilə bağlı kompensasiya veriləcəkmi? RƏSMİ CAVAB
Icma.az bildirir, Bizim media portalına istinadən.
Metroda aprelin 21-də baş vermis hadisə ilə əlaqədar kompensasiya və güzəşt məsələləri ilə bağlı qərarlar mövcud qaydalara uyğun araşdırmanın nəticələrinə əsasən, müvafiq qurumlarla razılaşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Bakı Metropoliteni” QSC yayıb.
Bildirilib ki, baş vermis hadisə ilə bağlı texniki araşdırma Bakı metropoliteninin bütün rəhbər heyətinin birbaşa iştirakı ilə mühəndis-mütəxəssisləri tərəfindən aparılır.
Əsas məsələ texniki araşdırmanın düzgün qiymətləndirilməklə obyektiv aparılmasını təmin etmək, doğru qərarların verilərək, həm bu hadisənin təkrarlanmaması, həm də hazırda icra olunan texniki işlərin dəqiqliklə başa çatdırılmasıdır.
“Onu da qeyd edək ki, hadisədən dərhal sonra təcili tibbi yardım briqadaları sərnişinlərə operativ ilkin yardım göstəriblər. İki sərnişin xəstəxanaya aparılıb və müvafiq müayinədən sonra evə buraxılıb. Bakı metropoliteninin rəhbərliyi həmin sərnişinləri evlərində ziyarət edərək, onlara mənəvi dəstəyini göstərib.
Sərnişinlərə baş vermiş hadisə ilə əlaqədar yaranmış vəziyyətə anlayış göstərdikləri üçün təşəkkür edirik”,-deyə məlumatda qeyd edilib. (trend.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 23 Aprel 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















