Metrodakı ödəniş üsulu avtobuslara nə vaxt gələcək? RƏSMİ CAVAB
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" ilə ödəyə biləcəklər.
NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq.
Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür.
Bəs, NFC ilə ödəniş sisteminin avtobuslarda da tətbiqi planlaşdırılırmı?
Bununla bağlı Milli.Az-ın sorğusuna cavab olaraq K Group-dan (BakıKart) bildirilib ki, ilin sonunadək bütün marşrut avtobuslarında da NFC ödəniş sistemi tam şəkildə tətbiq olunacaq:
"Bu addım sərnişinlərə metro və avtobuslarda eyni ödəniş rahatlığından istifadə imkanı yaradacaq. Bu layihə ilə Bakı nəqliyyatı daha çevik, müasir və texnoloji bir mərhələyə qədəm qoyur".
Mina Mikayılova
Milli.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 05 Noyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















