Icma.az
close
up
RU
Metrodakı problemin səbəbi nə olub? Araşdırmanın nəticələri

Metrodakı problemin səbəbi nə olub? Araşdırmanın nəticələri

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ötən gün “Bakı Metropoliteni”ndə baş verən nasazlıq bir sıra stansiyalarda sıxlığa səbəb olub.  Bakı metrosunda “yaşıl xətt” – “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib və sərnişinlər “28 May” stansiyasında qatardan düşürülüb.

Yaranmış sıxlığın tənzimlənməsi üçün “Bakı Metropoliteni”nin əməkdaşları hərəkətə keçib və bu tənzimlənmə bir saat davam edib.

Axşam saatlarında məlumat verilib ki, Bakı metrosunda qatardakı texniki nasazlıqla bağlı aidiyyəti sahələrin iştirakı, müfəttişliyin rəhbərliyi ilə müvafiq araşdırılması aparılacaq.

Globalinfo.az bildirir ki, Modern.az araşdırmanın nəticələrini öyrənmək üçün “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədovla danışıb.

O bildirib ki, “Bakı Metropoliteni”ndə baş verən hər bir hadisə araşdırılır. Mətbuat katibi ilkin araşdırmanın nəticələrinin artıq bəlli olduğunun vurğulayıb.

“İlkin araşdırmanın nəticələri artıq bəllidir. Məsələyə iki aspektdən baxılır: baş vermiş nasazlığın özü və işçi personalının bu anda davranışı, atdığı addımlar. “28 May” stansiyasında ən sıx sərnişin axının olduğu vaxtda işçi personalının sərnişənlərin vaqondan düşürülməsi prosesini, eyni zamanda stansiyada sərnişin sıxlığının tənzimlənməsi prosesində verdiyi qərarlar müzakirə edilib. Stansiyada operativ qaydada sərnişin sıxlığı olsa belə, həmin dövrdə ən uzun çəkən proses bu olub. Sərnişinlər düşürülüb və intervalda 8 dəqiqə gecikmə yaranıb. Bu proses qaydasında icra olunub. Sərnişinlərin stansiyaya buraxılması prosesində də operativlik nümayiş olunub. Bunun nəticəsində stansiyada sərnişinlərin xəsarət alması, hər hansı fəsadın baş verməsi olmayıb. Bu səbəbdən tək “28 May” stansiyasında yox, Yaşıl və Qırmızı Xəttin bütün stansiyalarında eyni proseslər olduğundan sərnişin sıxlığı yaşanan stansiyalarda, məsələn “Elmlər Akademiyası”nda operativ qərar verilməsi, işçi personalın iş rejimi yoxlanılıb. Hər şey qaydasında olub. Bu səbəbdən bir daha qeyd edirəm ki, hər hansı sərnişinin xəsarət almayıb”.

Bəxtiyar Məmmədovun sözlərinə görə, burada ikinci ən vacib nüans maşinistin verdiyi qərarla bağlıdır:

“Maşinist idarəetmə pultuna daxil olan siqnal əsasında ən doğru qərarı verib, qısa zamanda nöqsan ehtimalını nəzərə alaraq və “Bakı Metropoliteni”nin normativlərinə uyğun olaraq, sərnişinlərin düşürülməsini zəruri hesab edib və daha sonrakı prosesin 8 dəqiqəyə qədər uzanması sərnişilərin düşürülməsi ilə bağlı olub. Bu gün “Bakı Metropoliteni”nin bütün stansiyalarında ən yaxşı cəhətlərdən biri odur ki, qatarların idarəetmə pultu bəzi nasazlıqlarla bağlı qabaqcadan da məlumat verə bilir. Bu, sistemdə olan avadanlıqların normativlərə hansı dərəcədə uyğun olmasını göstərir. Nöqsanla bağlı maşinistin kabinəsinə daxil olan ötürücü siqnal əsasında ilkin araşdırmanın nəticəsi budur ki, nasazlıq faktı olub, lakin o dərin araşdırılmalıdır. Ən əsası odur ki, sərnişinlərin xəsarət almasına səbəb olacaq nasazlıq olmayıb. İkinci məqam ondan ibarətdir ki, sərnişinlərlə birgə qatar hərəkət edə bilsə belə, “Bakı Metropoliteni”nin normativlərinə uyğun olaraq, sərnişin hər şeydən vacib olduğu üçün onların düşürülməsi doğru qərar olub. Bundan sonrakı araşdırmalarla bağlı zərurət olarsa, ictimaiyyətə məlumat veriləcək. Burada təmirdən sonra fəsad olmayıb, bu, qatarın gündəlik hərəkətində baş vermiş hadisədir. Xüsusi problemli məsələ deyil”.

Mətbuat katibi məsələnin həlli yolundan da danışıb:

“Məsələnin həlli ondan ibarətdir ki, Yaşıl və Qırmızı Xətlərin stansiyaları bir-birindən ayrılmalıdır. Hər bir xətt metro sistemində olan tələblərə uyğun olaraq ayrı fəaliyyət göstərməli, onun özünün ayrı infrastrukturu, deposu olmalıdır. Dünənki hadisə zamanı Yaşıl Xəttin öz deposu olsaydı, hətta xətlər birləşmiş olduğu halda “Dərnəgül” elektrik deposundan xəttə buraxılacaq hər hansı qatar ən azı bir istiqamətdə sərnişin sıxlığını tənzimləməkdə rol oynaya bilərdi. Artıq Bakı şəhərinin “Baş Planı” təsdiq edilib, ona görə də bu sahədə işlər gedir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri