Pedaqoji Universitet ilə Özbəkistanın üç institutu arasında anlaşma memorandumu imzalanıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 2 iyun, AZƏRTAC
Özbəkistanın Əndican şəhərində keçirilən “Azərbaycan–Özbəkistan: ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) təmsil edən elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov tərəfindən bir sıra ali təhsil müəssisələri ilə anlaşma memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Forum çərçivəsində ADPU ilə Əndican Dövlət Pedaqoji İnstitutu, Əndican Dövlət Xarici Dillər İnstitutu və Səmərqənd şəhərində yerləşən Özbək-Fin Pedaqoji İnstitutu arasında anlaşma memorandumları imzalanıb. Memorandumlar universitetlər arasında birgə elmi-tədqiqat və akademik mobillik, mübadilə proqramları kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 02 İyun 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















