Icma.az
close
up
RU
Metropoliten də işə gecikən sərnişinlərə arayış verəcək?

Metropoliten də işə gecikən sərnişinlərə arayış verəcək?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” (ADY) tərəfindən idarə olunan sərnişin qatarının gecikməsi nəticəsində bir şəxs iş yerində problem yaşayarsa, o, vağzalın növbətçi hissəsinə müraciət edərək, bu halı təsdiqləyən arayış ala bilər. Bu arayış iş yerində gecikmənin səbəbini izah etmək və rəsmi şəkildə sənədləşdirmək üçün istifadə olunur.

Oxşar hallar metro nəqliyyatında da tez-tez müşahidə olunur. Belə ki, tuneldə ləngimə, texniki nasazlıq və digər səbəblər ucbatından sərnişinlər gecikmələrlə üzləşirlər. Bu baxımdan, metro üçün də oxşar qaydada rəsmi ərizə və ya arayışın təqdim olunması mümkündürmü?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, nəqliyyat səbəbilə gecikmə ilə bağlı izahat ərizəsi əslində yeni bir şey deyil:

“Hazırda ictimai nəqliyyatda yaşanan gecikmələr və onun işə vaxtında çatmağa təsiri cəmiyyətdə kifayət qədər aktual problemlərdən biridir. Bu gün baş verən kiçik bir gecikmə, məsələn, iki-üç dəqiqəlik interval o qədər də ciddi narahatlıq yaratmır. Lakin gecikmələr yarım saat, hətta bir saata qədər uzanarsa və bu zaman insanlar işə gecikərlərsə, əlbəttə, ciddi problemlərlə qarşılaşa bilərlər. O zaman qurumdan arayış təqdim olunur. Bəzən elə olur ki, qatar və ya avtobus müəyyən səbəblərdən vaxtında gəlmir. Belə hallarda işə gedən insanlar gecikir və təbii olaraq, iş yerində məsələ ilə bağlı izahat verməli olurlar. Bu, illərdir tətbiq olunan, həm işçiləri, həm də işəgötürənləri müəyyən qədər qoruyan bir praktika kimi mövcuddur”.

E.Muradlının fikrincə, bu cür halların idarə edilməsi üçün daha sistemli yanaşma tələb olunur:

Elməddin Muradlı

“Əgər proses elektron qaydada həyata keçirilsə, yəni işçinin gecikməsini nəqliyyatın real vəziyyəti ilə əlaqələndirən rəqəmsal bir sistem olsa həm şəffaflıq artar, həm də işçilərin izahat vermək üçün əlavə gərginlik yaşamasının qarşısı alınar. Bu, eyni zamanda işəgötürənə də real vəziyyəti obyektiv şəkildə qiymətləndirmək imkanı yaradar. Sosial şəbəkələrdə və mətbuatda bu cür hadisələrin işıqlandırılması da göstərir ki, ictimaiyyət bu məsələyə biganə deyil. Əgər insanlar belə vəziyyətlərlə mütəmadi qarşılaşırsa və bu hallar ictimai müzakirə mövzusuna çevrilirsə, demək ki, problemin sistemli və davamlı həlli üçün addımlar atılmalıdır”.

Ekspert əlavə edib ki, beynəlxalq təcrübəyə nəzər yetirdikdə görürük ki, əksər ölkələrdə bu cür hallarda işçilərə daha anlayışla yanaşılır:

“Heç bir dünya təşkilatında kiminsə ictimai nəqliyyat səbəbilə gecikdiyinə görə işdən çıxarılması geniş yayılmış təcrübə deyil. Əksinə, rəhbərlik bu cür halları başa düşür. Mən özüm də rəhbər olaraq bu situasiyalarla qarşılaşıram. İşçilər gəlir, izah edirlər ki, qatar gec gəlib və ya avtobus tıxacda qalıb. Biz başa düşürük ki, bu, onların şəxsi məsuliyyətsizliyindən deyil, ümumi nəqliyyat sistemindəki problemlərdən qaynaqlanır. Buna görə də, problemin kökündən həlli üçün sistemli yanaşma, texnologiyanın tətbiqi və daha anlayışlı idarəetmə mexanizmlərinə ehtiyac var”.

“Globalinfo” məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri