Icma.az
close
up
RU
Metropolitenin rəisi niyə işdən çıxarıldı? İlginc detallar

Metropolitenin rəisi niyə işdən çıxarıldı? İlginc detallar

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncam ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov işdən çıxarılıb.

Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, buna onun işində yol verdiyi nöqsanlar, metropolitenin işini lazımı səviyyədə qura bilməməsi səbəb olub.

Qeyd edək ki, o, bu vəzifəyə 27 fevral 2014-cü ildə təyin olunmuşdu. Z.Hüseynov 10 ildən artıq müddətdə “Bakı Metropoliteni”nə rəhbərlik etsə də, paytaxt sakinlərinin rahat və ucuz olduğu üçün ən çox istifadə etdiyi nəqliyyatın işində dönüş yarada bilmədi. Bir neçə yeni stansiyanın açılışını (onların tikintisinə əvvəlki rəhbərliyin vaxtında başlanmışdı) nəzərə almasaq, ötən 10 il ərzində metro təsərrüfatında ciddi yeniliklərin baş verdiyini söyləmək çətindir.

Amma əvəzində biz nələri müşahidə etdik? Metroda hərəkətin intensivləşməsini gözlədiyimiz halda qatarların gecikməsinin adi hal almasını. Bu, problem xüsusən də son aylarda daha qabarıq şəkildə nəzərə çarpmağa başladı. Bu yaxınlarda "28 May" stansiyasında yaranan problem yəqin ki, hər kəsin yadındadır. Xəttə buraxılan qatarın nasaz olması səbəbindən sərnişinlər "28 May"da düşürüldü və qatar müayinəyə göndərildi. Uzun intervalın yaranması insanların bir saata yaxın metroda qalmasına səbəb oldu. Metropolitendən verilən açıqlamada problemlə bağlı xüsusi iclasın keçiriləcəyi bildirildi. İclas keçirilsə də, heç bir nəticəsi olmadı.

Bu gün metronun "Sahil" stansiyasında yaşananlar bunu bir daha təsdiq etdi. Stansiyada eskalatorlardan birinin hərəkətində fasilə yarandı və bu da öz növbəsində metroda ciddi sıxlıq yaratdı. Nəticədə yalnız metroda deyil, şəhərin mərkəzində ictimai nəqliyyat, bütövlükdə yol hərəkəti müəyyən müddətə iflic oldu, insanlar saatlarla dayanacaqlarda qaldılar.

Beləliklə, Zaur Hüseynovun rəhbərlik etdiyi sahədə işi düzgün qura bilməməsinin məntiqi nəticəsi olaraq, o, vəzifəsindən azad edildi.

Bəs, onun yerinə təyin olunan Vüsal Aslanov bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən gələ biləcəkmi? Hələlik yalnız onu deyə bilərik ki, o, gənc olmasına rəğmən, nəqliyyat sahəsində mühüm vəzifələrdə çalışıb və müəyyən təcrübə əldə edib. Yeni vəzifəsində nə qədər ugurlu olacağını isə yaşayarıq, görərik...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:326
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Dekabr 2024 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri