Metropolitenin tarixində unudulmaz bir hadisə oldu Anar Zamanov
Icma.az bildirir, News24 saytına əsaslanaraq.
“Bu gün Bakı metropoliteninin tarixində unudulmaz bir hadisə baş verib. Bakı metrosunda ilk dəfə səhər saatlarında – təxminən 07:40 radələrində – “20 Yanvar” stansiyasında bir qadın dünyaya övlad gətirib. Stansiya əməkdaşlarımızın çevik reaksiyası və peşəkar yanaşması sayəsində qadına dərhal ilkin yardım göstərilib. Çağırılmış təcili tibbi yardım briqadası zəruri müdaxilə edib və ana ilə körpə saat 08:06-da xəstəxanaya yola salınıblar".
News24.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Anar Zamanov bildirib.
O, Qeyd edib ki, bu hadisə bir daha sübut etdi ki, Bakı metropoliteninin kollektivi təkcə texniki təhlükəsizlik baxımından deyil, insan həyatı ilə bağlı fövqəladə hallarda da hazırlıqlıdır.
Dünya təcrübəsində bu kimi hallar az da olsa qeydə alınır. Hər zaman əsas olan insan həyatıdır və bu baxımdan biz əməkdaşlarımızın peşəkarlığı ilə fəxr edirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 08 Avqust 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















