Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Can Azərbaycanın dost səsi Abbas Zamanov

Can Azərbaycanın dost səsi Abbas Zamanov

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Süphi SAATÇI

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə

Hörmətli Rəşad müəllim,

Sevindirici haldır ki, son vaxtlar İraqda yaşayan soydaşlarımızla ədəbi-mədəni, elmi əlaqələrimiz yeni vüsət alır. Bunu prof. dr. Süphi Saatçının əziyyət çəkib göndərdiyi "Füzuli" dərgisinin sentyabr-oktyabr sayından da görmək olur. İstanbulda çap olunan dərginin sonuncu sayında gözəl şair və görkəmli alim, akademik Aslan Aslanovun "Lalələr" şeiri verilmiş və şeirə Telman Hacıyevin musiqi bəstələdiyi göstərilir (Rəşid Behbudovun ifasında səslənən "Lalələr" mahnısını bütün iraqlı dost və tanışlara göndərdim - Q.P.).

Dərgidə prof. dr. Süphi Saatçının görkəmli ədəbiyyatşünas alimimiz Abbas Zamanov haqqında "Can Azərbaycanın dost səsi Abbas Zamanov" məqaləsi (s.10-11) çap olunub.  Burada Abbas müəllimin Sinan Səidlə və ayrıca şəkli, Səməd Vurğun və heykəlinin şəkli verilib. Dərginin 12 və 13-cü səhifələrində isə Abbas müəllimin Süphi Saatçıya ünvanladığı iki məktubu və bir neçə açıqcası yer alıb. Abbas müəllim məktubları və açıqcaları ərəb əlifbasında göndərmişdi. Süphi Saatçı məktubları ərəb əlifbasında olduğu kimi verib və latın əlifbasına çevirib. Ədəbi əlaqələrin bariz nümunəsi olan, Abbas müəllim haqqında Süphi bəyin yazısını (müəllif məqaləni yazarkən Yavuz Akpınarın, Elçinin, İsa Həbibbəylinin, Fatma Özkanın əsərlərindən bəhrələndiyini xüsusi qeyd edir) oxuculara təqdim edirəm.

Qəzənfər PAŞAYEV

Kəndisini heç vaxt görmədiyim halda candan bir sevgi ilə bağlandığım gözəl bir insan və böyük bir Kərkük sevdalısı, rəhmətlik professor Abbas Zamanovdan söz etmək istəyirəm.

Qiymətli ədəbiyyatşünas alim Abbas Zamanovdan mənə ilk kəs söz edən rəhmətlik xocamız Əta Tərzibaşı idi. Əta Tərzibaşı mənə "Azərbaycanda yayımlanan hər kitabı ondan istəyə bilərsən. Çox səmimi və çalışqan,  Azərbaycan kültürünü və ədəbiyyatını dış dünyaya tanıdan Zamanovun adresini al və hər istədiyini ona yaz, o sənə hər türlü kitab və məqalələr göndərər. Kəndisilə əski hərflərlə yazışa bilərsən" - demişdi.

Mən də ona İstanbuldan məktublar və açıqcalar göndərməyə başladım. Türkiyədəki çağdaş ədəbiyyat adamlarını, yazar və romançılarını çox iyi təqib edən birisi olduğunu, məndən istədiyi kitablardan anladım. Məndən ardıcıl olaraq Türk ədəbiyyatının təməl kültür və ədəbiyyat kitablarını istəyir və onlar haqqında çalışmalar yapdığı anlaşılırdı. Daha sonralar anladım ki, o, sadəcə bir yazar deyil, eyni zamanda qəzetəçi, tədqiqatçı, ədəbiyyatçıdır. Filologiya üzrə elmlər doktoru, professordur. O, elm dəryası imiş.

Abbas Zamanovun həyatı və fəaliyyəti barədə qısa da olsa, oxuculara söz açmaq istəyirəm.

Zamanov kimdir?

Abbas Zamanov 1911-ci ilin oktyabr ayının 10-da Naxçıvanın Maxta kəndində anadan olmuşdur. 1939-cu ildə Bakı Ədəbiyyat İnstitutunun ədəbiyyat bölümünü bitirmişdir. Çeşidli qəzetələrdə çalışmış və müxtəlif yerlərdə müəllimlik etmişdir. Xalq Təhsil Komissiyasında baş mütəxəssis (1937-1938) və "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri (1939-1940), Opera və Balet Teatrının və Filarmoniyanın müdiri (1940-1941) olmuşdur. Azərbaycan Dövlət Universitetində (1948-1960) müəllim, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyinin direktoru (1968-1971), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1982) seçilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1983) seçilmişdir. Daha sonra Azərbaycan Dövlət Universitetinin ədəbiyyat fakültəsində professor və kafedra müdiri (1979-1993) işləmişdir. Türk Dil Qurumunun fəxri üzvü (1971) və Səlcuq Universitetinin fəxri doktoru (1989) seçilən Abbas Zamanov 1993-cü il aprel ayının 1-də Bakıda vəfat etmiş və İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Ədəbi və elmi fəaliyyətinə 1930-cu illərdə ədəbi tənqid, məqalə və araşdırmalarla başlayan Zamanovun bir çox çap olunmuş əsərləri vardır.

Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir (1862-1911) haqqında doktora yazan Abbas Zamanovun əsərləri Bolqarıstan, İran, Türkiyə, İraq və Azərbaycan kimi ölkələrdə yayımlanmışdır.

Kəndisinə yazdığım məktublarıma hər zaman cavab verər, qısa və mənalı cümlələrlə düşüncələrini ifadə edərdi. Pınar (bulaq) kimi qaynayaraq axan, bilgilərini hər kəslə paylaşan bir ürək sahibi idi.

Kərkük deyincə, sevgi və həyəcan dolu sözlərlə şaqraq səslə oxuyan bir bülbülə dönürdü.

İraqda siyasi rejimin təzyiqi altında olan Türkman aydınlarının yurt dışına çıxmaları bir yana, ölkə dışından dostlarına belə məktub yazmaları böyük bir suç sayılırdı. Zamanovun can dostu olan Tərzibaşıdan xəbər və məktub ala bilməməsi onu çox kədərləndirirdi.

Buna görə də hər məktubunda və açıqcasında "Əta bəydən mənə bir xəbər ver" - deyə sorurdu. Mən də Əta bəyin xəbərlərini və salamlarını ona çatdırırdım.

Kərkükdən Azərbaycana gedən və orada İraq türkman mətbuatına dair dissertasiya yazan Sinan Səidlə dostluq etmiş və hətta ona dəstək və yardımçı olmuşdur.

Abbas Xocadan istədiyim kitablar müntəzəm olaraq gəlməyə başlamışdı. Mənə Azərbaycanda yayımlanmış, bilmədiyim gözəl kitablar da göndərirdi. Kərkükün uşaq folkloru üzərində çalışdığım zaman mənə Azərbaycanda yayımlanan, Türkiyədə bilinməyən laylalar, tapmacalar, oxşamalar, cocuqlar haqqında şeirləri və çox qiymətli kitablar da göndərirdi.

Abbas Zamanovda Azərbaycan sevgisi hədsiz idi. Onun gözündə Azərbaycanın yetişdirdiyi, sənətçi, şair, yazar, siyasətçi, kültür və dövlət adamı kimi dəyərlər vətənin bir simvolu idi. Mənə göndərdiyi açıqcaların birində böyük şair Səməd Vurğunun (1906-1956) heykəlinin şəkli vardı. Açıqcanın arxasında isə Abbas Xocamız yazmışdı: "Səməd Vurğunun vətənindən salamlar olsun!"

Qısaca, Abbas Zamanov kültür və ədəbiyyat vurğunu, ziyalı bir dəyərdir.

Aşağıda Abbas Xocamızın mənə ünvanlanan açıqca və məktublarını oxuculara təqdim edir, xatirəsi önündə sayğıyla baş əyir, rəhmətlər diləyirəm.

İlk açıqca

18.11.1978

Bakı

Süphi bəy,

Məktubunuzu aldım. Təşəkkür edirəm. Kitablar çoxdan çatmışdır. Bu həftə sizə göndərmiş olduğum məktub geri gəldi. Görünür, o zaman Kərkükdə olubsunuz. Kitabların o biri cildlərini gözləyirəm. Əta bəy necədir? Sizə yeni kitablar göndərəcəyəm. Alanda xəbər versəniz şad olaram.

Hörmətlə, A.Zamanov

İkinci açıqca

9.12.1978

Bakı

Dostum Süphi bəy,

Yeni iliniz mübarək olsun!

Salam və ehtiramla, A.Zamanov

Üçüncü açıqca

13.01.1980

Bakı

Səməd Vurğunun vətənindən salamlar olsun!

A.Zamanov

Dördüncü açıqca

5.12.1980

Bakı

Dostum Süphi bəy,

Yeni iliniz mübarək! Yeni ildə sizə yeni uğurlar diləyirəm.

Hörmətlə, A.Zamanov

Qeyd: 17.11.1980 tarixli məktubunu bu gün aldım.

İkinci bağlama çatdı. Rəsmli Ədəbiyyat Tarixinin 14-cü cildi paketdən çıxmadı. Əta bəydən mənə bir xəbər.

A.Z.

Birinci məktub

25.01.1985

Canım, gözüm Süphi,

Sənə atəşin dostluq salamları göndərir, yeni ilini təbrik edirəm. Yeni ildə sənə yeni uğurlar diləyirəm. Niyə gərəksiz acığım tutsun? Mümkün deyil. Mən sizi görməsəm də, sizə dərin hörmət bəsləyirəm. Siz mənə yazmışdınız ki, daimi ünvanınızı bildirəcəksiniz. Mən ona görə məktub yazmırdım. İşləriniz, səhhətiniz necədir? Sizə yeni kitablar göndərəcəyəm. Göndərdiyiniz kitablar hələ çatmayıb. Alan kimi sahiblərinə çatdıraram. Orada çıxan kitablardan mənə göndərsəniz, sizə minnətdar olar, mən də borclu qalmaram. İmkan olsa, məndən Əta bəyə salam yazın. Əgər ona kitab göndərsəm, necə olar? Zərər-didə olmaz ki?

Ən dərin, xoş diləklərimlə əllərinizi sıxıram.

Salam və ehtiramla, A.Zamanov

İkinci məktub

20.IV.1985

Bakı

Süphi, salam!

Kərkük Cocuq Folkloru kitabınızdan göndərdiyiniz nüsxələri alıb sahiblərinə çatdırdım. Məktubunuzun cavabı ona görə gecikdi ki, kitabınız haqqında dostunuz Qəzənfərin məqaləsinin çıxmasını gözləyirdim. Əhvalınız necədir? Əta bəydən bir xəbər varmı? Rica edirəm, bu barədə (xüsusda) mənə bir şey yazasınız. Biz Əta bəydən nigaranıq. Qəzənfər sənə bol salam göndərir.

Qəzənfərin adresi belədir:

Bakı - 3700037

Süren Osepyan küçəsi, №60, mənzil 4

Q.Paşayev

Qəzənfər sənə iki kitab göndərmişdir. "İraq Kərkük Bayatıları" və "Kərkük tapmacaları". Bu kitablardan həmkarların Əta bəy, Sinan Səid və İbrahim Daquqlu üçün də göndərilmişdir. Görəsən çatdımı?  Qəzənfərin məqaləsini göndərirəm.

Hörmətlə, Abbas Zamanov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri