Icma.az
close
up
RU
Metroya yerimə məsafəsində... Mənzil bazarında qiymətlərin bir az da bahalaşacağı gözlənilir

Metroya yerimə məsafəsində... Mənzil bazarında qiymətlərin bir az da bahalaşacağı gözlənilir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mənzil bazarında qiymətlər son 15-20 ildə sabit qrafik cızmayıb. Düzdür, adətən, qiymətlərin yüksəlməsini müşahidə etmişik. Amma ciddi durğunluq yaşanan dövrlər də olub. Məsələn, 2011-2012-ci illərdə paytaxtda qiymətlərin hətta bir az aşağı düşdüyünü də görmək mümkün idi. Həmin dönəmdən sonra yalnız bahalaşma diqqət çəkir. Hətta 2015-ci il devalvasiyaları da vəziyyəti dəyişmədi. Sadəcə, əvvəllər qiymət dollarla ifadə olunurdusa, ABŞ valyutasının manata qarşı güclənməsindən sonra milli pul ilə sövdələşmə dəbə çevrildi.

Bizimyol.info xəbər verir ki, mənzillərin qiymətinin bir az da bahalaşacağı gözlənilir. İndi də qiymətlər aşağı deyil. Məsələn, paytaxtda Nəsimi rayonunun metronun “Memar Əcəmi” və “20 Yanvar” stansiyalarına yaxın ərazilərində sovet dövründə tikilmiş binalardakı üçotaqlı mənzillərin kvadratmetrinin dəyəri 2600-2800 manat arası dəyişir. İkiotaqlı mənzillərdə hər kvadratmetrin qiyməti 3000 manatı keçir. Birotaqlı mənzillərin müştərisi daha çoxdur. Çünki kirayə vermək imkanları genişdir. Buna görə də birotaqlı mənzillərdə bir kvadratmetrin dəyəri 3500 manatı da ötə bilər.

Heç Sumqayıtda da qiymətləri ucuz adlandırmaq olmaz. Gənclik şəhərinin bir sıra yerində binaların sökülməsi nəzərdə tutulub. Mənzil sahiblərinə hər kvadratmetrə görə 1500 manat təklif olunur. Halbuki Bakının Kubinka adlanan ərazisində sakinlərə təklif 1900 manatdan başlayır. Göründüyü kimi, fərq çox da böyük deyil. İndi Sumqayıtda üçotaqlı mənzillərin kvadratmetrinin dəyəri 1500 manat civarındadır.

Niyə mənzillərin qiymətinin bahalaşacağı gözlənilir?

Ekspertlər daha çox paytaxtla bağlı belə proqnozlar verirlər. Yeni metro stansiyalarının salınması planına diqqət ayırırlar. Hesab olunur ki, zamanla şəhər əhalisi yalnız artacaq. Metroya yaxın ərazilərdə qiymətlərin artacağı ehtimal olunur. “Xətai”dən “Həzi Aslanov”a qədər 4 stansiyanın inşası planlaşdırılıb. Həmin ərazilərdə qiymətlərin artmasına təəccüblənmək olmayacaq. “İçərişəhər” xəttinin uzadılması da nəzərdə tutulub.

Qiymətlər artacaq, amma əlçatan olacağını heç kim demir. Sadə insanlar üçün mənzil, həmişə həyatın ən vacib mübarizə predmeti olacaq. Hadisələrin gedişi də bunu göstərir.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Dekabr 2024 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri