Icma.az
close
up
RU
Məxmər pərdələr arxasından başlanan dünya

Məxmər pərdələr arxasından başlanan dünya

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Aynur Turan

Daş dövründən bu yana insanların tamaşaya həmişə ehtiyacı olub. Məkr və məhəbbət, əyləncə dolu mərasimlər, məhkəmə və edam səhnələri, qladiator döyüşləri, hətta müharibələr də böyük bir tamaşa idi. Ancaq günlərin birində humanist ionlarla yüklənmiş biri bu gerçək tamaşalardan cana doyub onları səhnəyə köçürdü. Bu səhnədə sevmək də, ölmək də vardı. Sadəcə pərdələr enəndə ölənlər diriləcək, tamaşa qansız və qadasız ötüşəcəkdi. Pərdənin o üzündəkilər uzun müddət bu sehri “aça” bilməsələr də, teatra inanmışdılar. O inam, bu inam, kosmos əsrində belə səhnədə baş verənləri göz yaşları ilə seyr edənlər, sonuncu pulunu verib teatra bilet alanlar hələ də var. Teatrın vətəni qədim Yunanıstan olsa da, yunan dilində “tamaşa yeri” mənası verən teatr tezliklə bütün dünyaya yayıldı. Teatrı çox sevən yunanlar onu həm də “böyüklər üçün məktəb” adlandırırdılar. Qədim yunan əfsanələri teatra zəngin mövzu verdikcə ilk traqediyalar adlanan pyeslər yaranırdı. “Traqediya” sözü isə yunanca “keçilər mahnısı” deməkdir. Traqediyalarda qəhrəmanlar arasında gedən mübarizə, onların iztirabları, faciəsi təsvir edilirdi. Gülməli səhnəciklərdən isə şən və məzəli pyeslər-komediyalar yarandı. Yenə də yunan sözü olan “komediya” “şən sakinlərin mahnısı” deməkdir. Yunanlar tamaşa günündə sübh tezdən yemək-içmək götürüb teatra toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya seyrcilərin rəyini nəzərə alaraq qələbəni ən yaxşı pyes müəllifinə və ən yaxşı aktyorlara verərdi. Onlar çələng və qiymətli hədiyyələrlə mükafatlandırılardılar. Teatr sonralar qədim Romada, Şərq ölkələrində-Çində, Hindistanda, Yaponiyada da geniş yayıldı. 1948-ci ildə dünya teatr içtimaiyyəti rəsmi olaraq UNESCO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitununu yaratdı. Dünya teatr xadimləri və təşkilatlarının iştirakı ilə 1961-ci il martın 27-də Vyanada ilk dəfə konqres toplandı. Konqres iştirakçıları belə qərara gəldilər ki, dünya teatr xadimləri bir araya toplandığı həmin tarix Beynəlxalq Teatr Günü kimi qeyd olunsun. Bəlkə də təsadüfüdür, bəlkə də yox, amma Beynəlxalq Teatr Günü də, Azərbaycan Miili Teatr Günü də mart ayının payına düşür.

Tariximizi, mədəni təşəkkülümüzü, milli-mənəvi məfkurəmizi özündə yaşadan məbədlərdən biri də teatrdır. Dünənimizi, bu günümüzü canlandırıb gələcəyə aparan mənəvi yaddaş daşıyıcımız sayılan səhnə, teatr sənət ocağı olmaqdan çıxıb, milli-mənəvi dərkimizə, kamilləşməyimizə xidmət edib. Onun sayəsində mütərəqqi ideyaları, demokratiya, azadlıq, millilik, və sülh kimi anlayışları küll olaraq dərk etmiş və dünyanın bütün tərəqqipərvər xalqlarına aşılamışıq. Bu bəşəri ideyaların daşıyıcısı olan Azərbaycan teatrının bəlkə də ən böyük nailiyyəti elə budur. Milli teatrımız öz mənbəyini uzaq keçmişlərdən alır. Qədim xalq oyunlarımız və milli bayramlarımızdakı teatr nümunələri fikrimizin isbatıdır. Uzun zaman xalq yaradıcılığında yaşamış bu sənət zamanın axarında professionallıq pilləsinə qalxmışdır. Sənət fədailərinin məbədə çevirdiyi milli teatrımızın tarixində təbii ki, ilkin mərhələ olan xalq teatr və dram dərnəklərinin də müstəsna rolu var. Deyirlər ki, hər hansı bir mədəniyyəti və incəsənəti, onun mənəvi intelekti haqqında ilk təəssurat əldə etmək üçün həmin millətlərin teatrına getmək kifayətdir. Orada hər şey gün kimi aydındır. Belə ki, binanın daxili və xarici arxitektura baxımından klassik görünümü dövlətin teatra münasibətini, tamaşa ilə ünsiyyət sənətçilərin professional səviyyəsini müəyyən etməkdə, tamaşaçılarla tanışlıq isə həmin xalqın mənəvi dünyası, həyat tərzi, yaşayışı, sənətə və sənətkara olan qarşı diqqətini aşkarlamağa imkan verir. Beləliklə, dövrün və zamanın barometri olan teatr öz xalqının mənəvi intellektual səviyyəsini, simasını bütün rəngləri ilə bir görüşdə rəsm etmiş olur. XX əsrdə Azərbaycanda maarifçiliyin daha səmərəli və geniş miqyaslı təkamülü başlandı. Həmin inkişafda müstəsna xidmətli olan ziyalılardan biri də mütəfəkkir-filosof Mirzə Fətəli Axundzadədir. Mirzə Fətəli həm də milli peşəkar dramaturgiyamızın banisidir. Ədib 1850-1852-ci illərdə “Hekayəti Molla İbrahimxəlil kimyagər”, “Hekayəti Müsyö Jordan həkimi-nəbatət və dərviş Məstəli şah caduküni-məşhur”, “Sərgüzəşti-vəziri-xani Lənkəran, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara) və 1855-ci ildə “Mürafiə vəkillərin hekayəti” komediyalarını yazıb. Dramaturqun komediyaları hamısı bir yerdə “Təmsilat” adlanır. Mirzə Fətəli Axundzadə komediyaları “Təmsilat” ı kapitan Mirzə Fətəli Axundzadə adı ilə 1859-cu ildə Tiflisdə çapdan çıxıb. Nəhayət, Mirzə Fətəli Axundzadənin komediyaları milli peşəkar teatrımızın təşəkkülü və inkişafı üçün münbit zəmin olub. Milli teatr sənətimizin yaşı əslində xalqımızın tarixi ilə ölçülməlidir. Çünki teatr tarximizin qaynaqlarını araşdırarkən xalq oyunlarından tutmuş teatrlaşdırılmış mərasim tamaşalarına qədər qədim tarixə malik olan teatr sənətimizin 100 illiklərə sığmadığının bir daha şahidi oluruq. Lakin təməli Mirzə Fətəli Axundzadə tərəfindən qoyulan milli dramaturgiyamızın yaranışı tarixi bizim professional teatrımızın yaşıdır. Teatr sənətimiz hər zaman xalqın düşünən beyni, vuran ürəyi olub. Zamanla teatr çox böyük təbliğat və təşviqat işlərini öz üzərinə götürüb, ideoloji ideyalar səhnədən daha uca səslə yayılıb. Teatrımız hər zaman xalqın ayrılmaz bir hissəsi olub və ona həmişə ləyaqlə xidmət göstərib.

İncəsənətin yaranma tarixi mövcud xalqın təfəkkür tərzi, mənəvi təkamülü ilə bağlıdır. Tarixin “sübh çağı” ndan insanın birgəyaşayış tərzini sabitləşdirən “inam” deyimi ilə yanaşı, real aləmə münasibət özünü ilkin aydın mərasim tamaşalarında əks etdirmişdir. Ov səhnələrinin məişət prosesi, təbiətə, ailə-məişət məsələlərinə baxım, insanın qeyri-təbii qüvvələrə tapınması kimi amillərin bədii ifadəsi kütləvi tamaşalarda çəmləşmişdir. Bu tamaşalarda incəsənətin bir neçə janrının bir-birini tamamladığını görürük: rəqs, musiqi, mahnı, xor, danışıq, habelə idman-akrobatik növlər mövcud tədbirlərin əsasını təşkil etmişdir. Xalqımızın milli-mənəvi irsini zənginləşdirən sərvətlərdən biri də oyun-tamaşa mədəniyyətidir. Bugünkü peşəkar səhnə sənətimiz məhz xalq oyun-tamaşalarının, geniş mənada meydan teatrının zəminində təşəkkül taparaq böyük inkişaf yolu keçib. İnkişaf yolunu keçə-keçə formalaşıb. Meydan teatrı xalqın mənəvi varlığını, idrakının təkamül mərhələlərini, dünyanın dərk olunmaz hadisələrinə münasibətini, əsatir və folklor mədəniyyətinin estetik prinsiplərini müxtəlif məzmun və formalarla təcəssüm etdirən oyun vasitələrinin, üslub və janrlarının bədii toplumudur. Meydan teatrının öz estetikası, öz poetikası xüsusiyyətləri, öz oyun-üslub parametləri, ölçüləri, öz səhnə-tamaşaçı, mətn-ifaçı prinsipləri var. Bu nəzəri əsasların toplu halında öyrənilməsi, fundamental elmi şəkildə araşdırılması xalqımızın dərin qatlı mənəvi-mədəni irsinin zənginliyinə geniş üfüqlər açır. Qaravəlli tamaşaları xalq dramaları əsasında hazırlanır. Bütün bunlar Azərbaycanda peşəkar dramaturgiyanın təşəkkülünə və bir qədər sonra dünyəvi teatrın doğuluşuna səbəb olub. XX əsrdə Azərbaycanda maarifçiliyin daha səmərəli və geniş miqyaslı təkamülü başlandı. Həmin inkişafda müstəsna xidmətli olan ziyalılardan biri də mütəfəkkir-filosof Mirzə Fətəli Axundzadədir. Mirzə Fətəli həm də milli peşəkar dramaturgiyamızın banisidir.

Daş dövründən bu yana insanların tamaşaya həmişə ehtiyacı olub. Məkr və məhəbbət, əyləncə dolu mərasimlər, məhkəmə və edam səhnələri, qladiator döyüşləri, hətta müharibələr də böyük bir tamaşa idi. Ancaq günlərin birində humanist ionlarla yüklənmiş biri bu gerçək tamaşalardan cana doyub onları səhnəyə köçürdü. Bu səhnədə sevmək də, ölmək də vardı. Sadəcə pərdələr enəndə ölənlər diriləcək, tamaşa qansız və qadasız ötüşəcəkdi. Pərdənin o üzündəkilər uzun müddət bu sehri “aça” bilməsələr də, teatra inanmışdılar. O inam, bu inam, kosmos əsrində belə səhnədə baş verənləri göz yaşları ilə seyr edənlər, sonuncu pulunu verib teatra bilet alanlar hələ də var. Teatrın vətəni qədim Yunanıstan olsa da, yunan dilində “tamaşa yeri” mənası verən teatr tezliklə bütün dünyaya yayıldı. Teatrı çox sevən yunanlar onu həm də “böyüklər üçün məktəb” adlandırırdılar. Qədim yunan əfsanələri teatra zəngin mövzu verdikcə ilk traqediyalar adlanan pyeslər yaranırdı. “Traqediya” sözü isə yunanca “keçilər mahnısı” deməkdir. Traqediyalarda qəhrəmanlar arasında gedən mübarizə, onların iztirabları, faciəsi təsvir edilirdi. Gülməli səhnəciklərdən isə şən və məzəli pyeslər-komediyalar yarandı. Yenə də yunan sözü olan “komediya” “şən sakinlərin mahnısı” deməkdir. Yunanlar tamaşa günündə sübh tezdən yemək-içmək götürüb teatra toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya seyrcilərin rəyini nəzərə alaraq qələbəni ən yaxşı pyes müəllifinə və ən yaxşı aktyorlara verərdi. Onlar çələng və qiymətli hədiyyələrlə mükafatlandırılardılar. Teatr sonralar qədim Romada, Şərq ölkələrində-Çində, Hindistanda, Yaponiyada da geniş yayıldı. 1948-ci ildə dünya teatr içtimaiyyəti rəsmi olaraq UNESCO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitununu yaratdı. Dünya teatr xadimləri və təşkilatlarının iştirakı ilə 1961-ci il martın 27-də Vyanada ilk dəfə konqres toplandı. Konqres iştirakçıları belə qərara gəldilər ki, dünya teatr xadimləri bir araya toplandığı həmin tarix Beynəlxalq Teatr Günü kimi qeyd olunsun. Bəlkə də təsadüfüdür, bəlkə də yox, amma Beynəlxalq Teatr Günü də, Azərbaycan Miili Teatr Günü də mart ayının payına düşür. Böyük fəxarət və maraq hissi Kitabxanaçı iştirakçıları məlumatlandırdıqdan sonra sözü iştirakçılara verir.

Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi vardır. Əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, meydan mərasimləri, “Qaravəlli” tipli müxtəlif tamaşa növləri xalq reatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Xalq teatrının repertuarını təşkil edən əxlaqi və tərbiyəvi əhəmiyyətə malik əsərlərlə yanaçı dini tamaşalar da teatr sənətinin formalaşmasında özünəməxsus rol oynamışdır. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən içtimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar oldu. Dahi mütəfəkkir Mirzə Fətəli Axundovun ədəbiyyatımıza dram janrını gətirməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynadı. Böyük maarifçi Həsən bəy Zərdabinin və görkəmli yazıçı Nəcəf bət Vəzirovun təşəbbüsü ilə 1673-cü ildə Bakıda Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu. Teatrın böyük içtimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Bakıda, Qubada, Şəkidə, Şuşada, Naxçıvanda həmçinin Tiflisdə, İrəvanda teatr tamaşaları təşkil edirdilər. Azərbaycanın görkəmli ziyalıları Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov və başqaları dövrün teatr repertuarlarını zənginləşdirirdilər.

(ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Mart 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

22 May 2026 16:00see265

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see239

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see205

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see204

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see191

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see185

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see181

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see176

Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur ADLAR

22 May 2026 12:21see168

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see168

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see167

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see164

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see161

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see159

Polşa İsrail Milli Təhlükəsizlik Nazirinin beş illik girişini qadağan etdi

22 May 2026 08:02see159

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see158

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see151

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see151

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see139

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri