Meymun sürüsü polis bölməsinə hücum etdi
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tailandda saxlanıldıqları heyvanxanadan qaçan 200-dən çox meymun əməlli-başlı xaosa səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Lopburi şəhərində baş verib.
Qapını açmağa nail olan meymunlar əvvəlcə mağazalara və evlərə hücum çəkiblər. Daha sonra hədəf polis bölməsi olub. Polislər vacib sənədlərin və əmlakın məhvindən ehtiyatlanaraq barrikada qurmalı, meymunları əllərinə düşən əşya ilə qovmağa çalışıblar. Hər halda onları yemək və şirniyyatla sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, bu tip hallarla Tailandda tez-tez rastlaşılır. Ötən ilin noyabrında da makaka sürüsü polis bölməsinə hücum etmişdi.
L.Tağıyeva

300 qəzəbli meymun qaçaraq polis bölməsinə hücum etdi FOTO
22 Noyabr 2024 00:10
525ci qəzet Hindistanda meymun sürüsü kəndə hücum edib
26 Dekabr 2024 23:38
Meymun sürüsü hindistanlını öldürüb: İnsanlar köçürülür KONKRET
30 Avqust 2025 19:59
Meymunlar qapalı yerdən qaçaraq polis bölməsinə hücum etdi
18 Noyabr 2024 23:59
Tehranda polis bölməsinə hücum edildi Təcili
31 Yanvar 2025 11:30

