Meymun sürüsü hindistanlını öldürüb: İnsanlar köçürülür KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hindistanın bir ştatında ölümcül hadisə baş verib. 67 yaşlı fermer Ramnath Çaudxa heyvanları üçün yem yığarkən meymun sürüsünün hücumuna məruz qalıb.
KONKRET.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” yerli mənbələrə istinadla məlumat yayıb.
Meymunlar kişini yerə yıxaraq ona çoxsaylı xəsarətlər yetiriblər. Kənd sakinləri hadisə yerinə çatanda zərərçəkən ağır vəziyyətdə olub. O, xəstəxanaya aparılıb, lakin həkimlər onun öldüyünü açıqlayıblar.
Yerli sakinlərin sözlərinə görə, meymunlar artıq bir neçə aydır kəndi qorxu altında saxlayır — insanlara hücum edir, əmlaka ziyan vurur və yoldan keçənləri dişləyirlər. Daha əvvəl bu cür hallar ölümə səbəb olmamışdı.
Polis heyvanların tutulması və başqa əraziyə köçürülməsi üçün meşə idarəsinə müraciət edib. Lakin qurum məsuliyyəti üzərinə götürməkdən imtina edib, meymunların qorunan növlər siyahısından çıxarıldığını əsas gətirib. Artıq vəziyyətə nəzarət yerli hakimiyyətin öhdəsinə verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 30 Avqust 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















