Icma.az
close
up
RU
Meymunçiçəyi öldürücüdürmü? Həkim AÇIQLADI

Meymunçiçəyi öldürücüdürmü? Həkim AÇIQLADI

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Meymunçiçəyinin (monkeypox) Azərbaycanda aşkarlanması əhali arasında təşvişə səbəb olub.

Bu xəstəlik Azərbaycanda sürətlə yayıla bilərmi?  Xəstəliyin hansı yan təsirləri var? Ümumiyyətlə, meymunçiçəyi öldürücüdürmü?

Mövzu ilə bağlı Musavat.com-a danışan həkim-infeksionist Mərdan Əliyev deyib ki, meymunçiçəyi ağır gedişə malik xəstəlik hesab olunur:

"Dəri üzərində səpkilərin olması, hərarətin yüksəlməsi, intoksikasiya əlamətləri, halsızlıq, iştahsızlıq, sümük-əzələ oynaqlarında ağrılar müşahidə olunur, limfa düyünlərinin böyüməsi və s. kimi əlamətlərlə özünü göstərir. Xəstəlik sıx təmas yolu ilə yoluxur. Bu xəstəlik Azərbaycanda xarici səfərdən qayıdan bir şəxsdə aşkar edilib. Həmin şəxs xaricdə səpkili şəxslə təmasda olub və vətənə qayıtdıqdan sonra infeksiya aşkarlanıb. Qeyd edilməlidir ki, bu xəstəlik məsafədən yoluxmur, yalnız sıx təmas nəticəsində keçir. Bu səbəbdən xəstəliyin bir nəfərdə olması ölkəmizdə onun kütləvi yayılacağı anlamına gəlmir. Bu, yəqin ki, təkcə bir hadisə ilə məhdudlaşar. Xəstə karantinə alınıb, ailə üzvləri də müşahidə altına götürülüb. Yəqin ki, əlavə problemlər yaşanmaz".

Həkimlər onu da qeyd edirlər ki, meymunçiçəyi adətən ölümcül olmayan bir xəstəlikdir, lakin onun yan təsirləri və ağırlaşmaları şəxsin sağlamlıq vəziyyətindən və müalicədən asılı olaraq dəyişə bilər. Xəstəlik xüsusilə uşaqlar, immuniteti zəif olan şəxslər və yanaşı xəstəlikləri olanlar üçün daha ciddi ola bilər.

Ümumi simptomlar: hərarət, baş ağrısı, əzələ ağrıları, yorğunluq və halsızlıq.

Dəri səpkiləri üzdə başlayıb bədənə yayılır. Qabarcıqların irinlə dolması və sonradan quruyub tökülməsi ilə müşahidə edilir. Bəzən daimi çapıqlar qala bilər. Ağırlaşmalar əsasən sekundar bakterial infeksiyalar, sətəlcəm, göz infeksiyaları (keratit kimi), nadir hallarda ensefalitdir (beyin iltihabı).

Meymunçiçəyi xəstəliyinin müxtəlif növləri arasında ölüm riski fərqli ola bilər. Qərbi Afrika ştamında ölüm faizi daha aşağıdır (1%-dən az), lakin Mərkəzi Afrika ştamında bu rəqəm 10%-ə qədər çata bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Yanvar 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see420

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see273

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see269

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see267

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see256

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see253

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see250

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see248

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see246

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see245

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see244

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see239

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see222

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see219

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see200

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see197

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see192

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see186

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see173

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri