Icma.az
close
up
RU
Meymunçiçəyi Azərbaycanda geniş yayıla bilər? Nazirlik əlamətlərini AÇIQLADI

Meymunçiçəyi Azərbaycanda geniş yayıla bilər? Nazirlik əlamətlərini AÇIQLADI

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Meymunçiçəyi infeksiyasına yoluxma riski çoxsaylı cinsi partnyorları olan şəxslər, xəstə insanın açıq yara möhtəviyyatı ilə tamlığı pozulmuş dəri səthi olan insanlarda, immunçatışmazlığı olan şəxslərdə daha yüksəkdir.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, virusa yoluxma xəstə heyvan, insan və ya virusa bulaşmış materiallarla təmas yolu ilə baş verir: "Viruslar bədənə zədələnən dəri, respirator yollar və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Yoluxma ehtimalı xəstə insanla cinsi əlaqə ilə də baş verə bilər. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir".

Təyyar Eyvazov qeyd edib ki, xəstəlik əksər sağlam insanlarda yüngül keçir və qısa müddətdə sağalma ilə nəticələnir: "Xəstəliyi kiçik yaşlı uşaqlar, hamilə qadınlar, müxtəlif səbəblərdən immun çatmazlığı, o cümlədən ağır xroniki xəstəliyi olan və ahıl yaşlı şəxslər ağır keçirə bilər".

İnfeksionist deyib ki, M.pox infeksiyası 5-21 gün gizli dövrdən sonra başlayır: "Xəstələrdə ilk günlərdə qızdırma, şiddətli baş ağrısı, limfadenopatiya,(adətən qızdırma ilə eyni vaxtda başlyır, bir və ya ikitərəfli olur, qulaqətrafı, aksilyar, boyun və qasıq limfa düyünləri cəlb olunur, bel və əzələ ağrıları, güclü asteniya, daha az hallarda boğaz ağrısı, öskürək,asqıraq, mədə-bağırsaq əlamətləri -disfagiya, qusma, diareya görünür. Hərarət və digər prodromal əlamətlər adətən səpkilərin görünməsi ilə zəifləyir. Dəri səpgiləri adətən qızdırma başlandıqdan sonra 1-3 gün ərzində müşahidə edilir. Səpkilər gövdədən daha çox üz və ətraflarda cəmləşir ( üzdə (95% ), ovuclara və ayaq altlarına (75%), ağız boşluğunun selikli qişaları (70%), cinsiyyət orqanları (30%), konyunktiva (20%), buynuz qişanın zədələnməsi rast gəlinir. 10 gün ərzində səpkilərin təkamülü ardıcıl olaraq aşağıdakı mərhələləri keçir: Çəhrayı rəngli makulalar, papulalar, vezikulalar (qovuqcuq) 2-5 mm ölçüdə, qaşınan, pustullar (sudurcuq), qartmaqlar, çapıq. Səpki az saylı və ya bir neçə minə qədər ola bilər. Ağır hallarda, birləşərək dərinin böyük sahəsinin soyulmasına səbəb ola bilər. Meymunçiçəyi adətən 2-4 həftə davam edir, lakin uşaqlarda, immundefisitli şəxslərdə daha uzun çəkə bilər".

İnfeksionist həmçinin virusdan qorunma yollarını da açıqlayıb. O diqqətə çatdırıb ki, hospitalizasiya tələb olunmayan xəstələr evdə izolyasiya olunmalıdırlar: "Meymunçiçəyinə yoluxan insanlar, xüsusən də tənəffüs simptomları (məs., öskürək, nəfəs darlığı, boğaz ağrısı) olduqda, tibbi maska taxmalıdır. Bu, hər hansı bir səbəbdən mümkün olmadıqda (məsələn, azyaşlı uşaq), digər ailə üzvləri xəstə ilə təmas zamanı tibbi maskadan istifadə etməlidirlər. Digər insanlarla təmas riskini minimuma endirmək üçün xəstələrin dərisi mümkün qədər örtülməlidir (məs., uzunqol köynək, uzun şalvar və s.). Xəstələr, onlarla təmasda olanlar, xəstələrin paltarları, yataq dəsti ilə və ya kontaminasiya olunmuş materiallarla təmasda olmuş insanlar əl gigiyenasına əməl etməli və spirt əsaslı əl dezinfektantlarından istifadə etməlidirlər. Xəstənin yataq dəstləri, dəsmalları, paltarları çırpılmadan standart paltaryuyan maşında və istənilən yuyucu vasitə ilə yuyula bilər. Xəstənin yemək qabları qabyuyan maşında və ya əl ilə ilıq su və istənilən qabyuyan vasitə ilə yuyula bilər. Çirklənmiş səthlər təmizlənməli və dezinfeksiya edilməlidir".

Təyyar Eyvazov meymunçiçəyi ilə suçiçəyi xəstəliyi arasındakı fərqlərdən danışıb. O əlavə edib ki, suçiçəyi üçün limfadenopatiya səciyyəvi deyil: "Səpkilər, əvvəlcə başın tüklü hissəsində, dərhal sonra gövdədə kiçik qırmızı papulalar olaraq əmələ gəlir, gözyaşı damlası şəkilində vezikulaya çevrilir. Elementlər daha çox mərkəzdə cəmləşir, meymun çiçəyi zamanı isə üz və ətraflarda olur (eləcə də ovucların içində və ayaq altında). Meymun çiçəyindən fərqli olaraq elementlər daha səthi olurlar və asanlıqla partlayırlar. Elementlər 3 gün boyunca çıxmağa davam edir. Səpki polimorfdur. Səpki çox qaşıntılıdır. Qartmaq düşdükdən sonra keçici pigmentasiya qalır. Vezikula və pustula möhtəviyyatının PZR müayinəsində su çiçəyi virus aşkarlanır".

Qeyd edək ki, Azərbaycanda meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Yanvar 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri