Icma.az
close
up
RU
Meysəridə alovlu duel Barbekü manqala qarşı Fotolar + Video

Meysəridə alovlu duel Barbekü manqala qarşı Fotolar + Video

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bu gün Şamaxının Meysəri kəndində Barbekü festivalı başlayıb.

“Qafqazinfo” xəbər verir ki, iki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının dəstəyi, “Azərsun Holdinq”, “Coca-Cola Azərbaycan”ın baş sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC, “Premium Meat”, “Baku Medical Plaza”nın rəsmi tərəfdaşlığı ilə təşkil olunur. 

Festivalın açılışında çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, festivalda dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış şef-aşpazlar iştirak edir. Onların zəngin təcrübəsi, fərqli kulinariya ənənələri və təqdim etdikləri ləziz təamlar tədbirə xüsusi rəng qatır, onu daha maraqlı edir. O qeyd edib ki, bu cür festivallar qonaqlara xoş anlar bəxş etməklə yanaşı, Şamaxının qonaqpərvərliyini bir daha nümayiş etdirir.

Gürcüstanlı tanınmış aşpaz Guram Boqdaşvili çıxışında bildirib ki, ənənələrin qorunması hər zaman böyük əhəmiyyət daşıyır. O, Azərbaycanda, xüsusilə də Şamaxıda olmaqdan məmnunluğunu ifadə edərək, bu şəhərə ilk dəfə gəldiyini və bunun onun üçün xüsusi an olduğunu vurğulayıb.

Mədəni mübadilə və qastronomik turizmin genişləndirilməsinə yönələn festivalda möhtəşəm barbekü təqdimatları və dünya mətbəxinin ləziz nümunələri təqdim edilir.

Ötən il olduğu kimi, bu il də Beynəlxalq Barbekü Festivalında dünyanın müxtəlif ölkələrini təmsil edən şef-aşpazlar iştirak edir: Azərbaycan, Banqladeş, Çin, Danimarka, Fransa, Gürcüstan, Hindistan, İtaliya, Koreya, Malayziya, Özbəkistan, Rusiya, Türkiyə, Türkmənistan, Ukrayna, Yaponiya.

Festivalda təmsil olunan aşpazlar kulinariya üzrə çoxillik təcrübəyə malik, iş təcrübələri müddətində müxtəlif ölkələrin tanınmış restoranlarında fəaliyyət göstərmiş, bir çox iri festivallarda təmsil olunaraq saysız mükafatlara layiq görülmüş şeflərdir. 

Festival ərazisindəki kulinariya zonalarında əyləncəli yarışmalar keçirilir, restoranların təmsil olunduğu pavilyonlarda isə müxtəlif mədəniyyətlərin mətbəxi ilə daha yaxından tanış olmaq, iştirakçılar arasında ünsiyyəti genişləndirmək, fərqli təamları dadmaq imkanı yaradılıb.

Dadların, dostluğun və açıq hava əyləncəsinin bir məkanda birləşdiyi festivalın hər iki günü maraqlı tədbirlərlə zəngindir. 

Həftəsonuna təsadüf edən kulinariya bayramının birinci günü şef-aşpazların festival ərazisinə yürüşü ilə başlayıb. Festivalın iştirakçı şefləri və qonaqları xüsusi paradla tamaşaçıları salamlayaraq, həmin məkanda əsl kulinariya ab-havası yaradıb.

“Barbekü və Manqal” duelində beynəlxalq barbekü və yerli kabab ustaları iştirak edib. Bu dad “savaşı” festivalın ən maraqlı şoularından birinə çevrilib. Şeflər öz xüsusi reseptləri və bişirmə texnikaları ilə fərqli dadlar təqdim edib, tamaşaçılar isə bu əyləncəli kulinariya qarşıdurmasının şahidi olub. 

Kulinariya həvəskarları və peşəkar şef-aşpazlar arasında kulinariya yarışması  da keçirilib. Hazırlanan yeməklər peşəkar münsiflər tərəfindən qiymətləndirilib və günün qalibi müəyyən olunub.

Axşam saatlarında isə musiqili proqram təqdim edilib.

Festival iyunun 14-də işini davam etdirəcək.

Festivalın ikinci günü də ləziz təqdimatlar və əyləncə ilə yadda qalacaq. “Steyk şou”da şef-aşpazlar steykləri hər biri özünəməxsus hazırlanma üsulu ilə bişirəcək. Təqdimat zamanı onlar öz kulinariya sirləri, bişirmə texnikaları və xüsusi məsləhətləri ilə tamaşaçılarla bölüşəcək. Həmin günün musiqili proqramı isə festivalı daha da rəngarəng edəcək.

Beləliklə, iki gün ərzində Meysəri kəndi ləzzətli təamlar və səmimi ünsiyyət məkanına çevriləcək.





































Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 İyun 2026 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri