Şamaxıda Beynəlxalq Barbekü Festivalı başlayır Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Bu gün Şamaxının Meysəri kəndində Barbekü festivalı başlayır.
“Qafqazinfo” xəbər verir ki, iki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının dəstəyi, “Azərsun Holdinq”, “Coca-Cola Azərbaycan”ın baş sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC, “Premium Meat”, “Baku Medical Plaza”nın rəsmi tərəfdaşlığı ilə təşkil olunur.
Ötən il olduğu kimi, bu il də Beynəlxalq Barbekü Festivalında dünyanın müxtəlif ölkələrini təmsil edən şef-aşpazlar iştirak edir: Azərbaycan, Banqladeş, Çin, Danimarka, Fransa, Gürcüstan, Hindistan, İtaliya, Koreya, Malayziya, Özbəkistan, Rusiya, Türkiyə, Türkmənistan, Ukrayna, Yaponiya.
Festival ərazisindəki kulinariya zonalarında əyləncəli yarışmalar keçiriləcək, pavilyonlarda isə müxtəlif ölkələrin mətbəxlərilə daha yaxından tanış olmaq imkanı yaradılacaq.
Axşam saatlarında isə ziyarətçiləri musiqili proqram gözləyir.
Festival 13-14 iyun tarixlərində saat 14:00-dan 20:00-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:212
Bu xəbər 13 İyun 2026 07:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















