Icma.az
close
up
RU
“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-da yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması haqda xəbər bir neçə gündür ölkə gündəminin müzakirə mövzularından birinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında məsələyə sərt reaksiya verib: 

“Bildiyim qədəri ilə, həmin qadının 38 yaşı var. Bu yaşda bir insan artıq kifayət qədər həyat təcrübəsinə malik olur və hüquqlarını bilməməsi inandırıcı görünmür. Xüsusilə də uzun müddət ABŞ-da yaşayan, orada ailə quran bir qadının hüquqi mühitdən xəbərsiz olması real deyil. Əgər doğrudan da əri tərəfindən mütəmadi olaraq fiziki zorakılığa məruz qalıbsa, yaşadığı ölkədə - ABŞ-da hüquq-mühafizə orqanlarına, polisə və ya qadın hüquqları ilə məşğul olan təşkilatlara müraciət edə bilərdi.

ABŞ-da belə hallara qarşı çox sərt qanunlar var. Ər arvadını döyərsə, ən azı 5 il müddətinə həbs cəzası ilə üzləşə bilər. Orada ailədaxili zorakılıq məsələlərinə çox həssas və ciddi yanaşılır, qısa müddətdə məhkəmə qərarları çıxarılır, zərərçəkənin təhlükəsizliyi təmin olunur. Ola bilər ki, qadın qorxub, təhdid edilib, ya da ailəsinin gələcəyinə görə narahat olub. Bu səbəbdən də çıxış yolunu Bakıya dönməkdə görüb".

Onun sözlərinə görə, əgər qadın onların təşkilatına müraciət edərsə, ona bütün imkanlar daxilində dəstək göstərməyə hazırdırlar: “Sadəcə, bu məsələdə məni ən çox sarsıdan məqam odur ki, Məzahir Pənahovu cəmiyyət içində ciddi, ailə dəyərlərinə sadiq, yüksək əxlaqi mövqeyi olan bir insan kimi tanımışam və ona həqiqətən böyük hörmət bəsləmişəm. Amma görünən odur ki, çox tərbiyəsiz bir oğul böyüdüb. Oğlu bu davranışı ilə təkcə öz atasını deyil, Azərbaycanı və özünü biabır edib.

Bütün bunların kökündə isə çox vaxt “məhdudiyyətsiz imkanlar” dayanır. Çoxlu pul, güc və toxunulmazlıq hissi insanlarda nəzarətsizlik yarada bilər. Halbuki mən tanıyıram ki, oliqarx övladları arasında çox tərbiyəli, savadlı, davranışlarına diqqət edən insanlar da var. Hər şey ailə tərbiyəsindən və valideyn nəzarətindən asılıdır.  Bəziləri deyə bilər ki, ata oğulun, oğul da atanın əməllərinə görə cavabdeh deyil. Evdə saxladığı it birini dişləyərsə, hüquqi cəhətdən onun sahibi məsuliyyət daşıyır. Əgər evində böyütdüyün övlad cəmiyyət üçün təhlükəli davranış sərgiləyirsə, deməli, burada valideyn məsuliyyəti də gündəmə gəlir. Düzgün tərbiyə verilməli idi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 May 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri