Icma.az
close
up
RU
Mirşahin “Azərbaycan müəllimi” ni topa tutdu

Mirşahin “Azərbaycan müəllimi” ni topa tutdu

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

225 saylı məktəbdə Real TV əməkdaşına olan hücumla bağlı yazısı ilə gündəmə gələn “Azərbaycan müəllimi” qəzetinə  REAL TV rəhbəri Mirşahin Ağayev kəskin reaksiya verib.

“Cebheinfo.az” xəbər verir ki, Mirşahin bu barədə yazır:

““Azərbaycan müəllimi” yazır: “Məktəbdə azyaşlı şagirdin həyatını itirdiyi faciəvi hadisədən dərhal sonra əsas prioritet uşaqların, ailənin və məktəb kollektivinin yaşadığı ağır sarsıntıya hörmətlə yanaşmaq olmalıdır”.

Bəli. Razıyam. Əməkdaşlarımız da hadisə rayonuna məhz “uşaqların, ailənin və məktəb kollektivinin yaşadığı ağır sarsıntıya hörmətlə yanaşdığına” görə getmişdilər.

“Azərbaycan müəllimi” yazır: “Hadisə şahidlərinin bildirdiyinə görə, televiziya operatorundan dəfələrlə azyaşlı şagirdlərdən müsahibə almamaq, onların psixoloji vəziyyətini nəzərə almaq xahiş edilib. Lakin bu müraciətlərə məhəl qoyulmadığı, çəkilişlərin davam etdirildiyi, hətta həyatını itirən şagirdin yaxınlarının razılığı olmadan görüntülərinin lentə alındığı bildirilir”.

Doğru deyil: Əvvəla heç kim uşaqlara yaxınlaşıb müsahibə almağa cəhd etməyib. Çünki “Real TV”-də azyaşlı şəxslərlə necə davranmaq barədə hər kəsin məlumatı var. Hətta başqa kanallardan alınan kadrlarda belə texniki müdaxilələrlə azyaşlı müsahiblərin üzü gizlədilir, səsi tanınmazlaşdırılır. İkinci iddiaya gəlincə, hücuma məruz qalan operator deyil, onun assistentidir. Çəkiliş aparmayan şəxsdir.

Müsahibə almayan şəxsdir! Hadisə rayonunda işləməli olan operator isə məhz emosianal gərginlik faktorunu nəzərə alaraq kənara çəkilib. (Kadrlarda operatorun bu hərəkəti aydın görünür).

Deməli, “şahidlərin sözlərinə görə, məhz bu davranışlar hadisə yerində ciddi narazılıq və gərginlik yaradıb” iddiası tamamilə əsassızdır və özünü təmizə çıxarmaq səciyyəsi daşıyır.

Mətndə növbəti - “Bəs azyaşlılara hansı suallar veriləcəkdi? “Hadisə necə baş verdi?”, “Onun hansı problemləri var idi?”, “Hadisəni kim gördü?” kimi ehtimallar isə həvəskar fantaziyalardan başqa bir şey deyil. Birincisi, uşaqlardan müsahibə almaq tapşırığı verilməmişdisə, yuxarıda qoyulmuş o suallar mövzusunda bizim yerimizə düşünmək də mənasını itirir. İkincisi, media əməkdaşını “filan sualı verə bilərdi”, - deyə linçə məruz qoymaq kimin ağlının məhsuludur!?

İşin tragikomik tərəfi - “Bu uşaqların bəziləri bəlkə də həyatlarında ilk dəfə belə ağır bir faciə ilə üzləşib, meyit görüblər. Onların yaşadığı psixoloji sarsıntını nəzərə almadan müsahibə almağa çalışmaq hansı peşəkar jurnalistika prinsiplərinə uyğundur?”, - sualına gəlincə - təkrar edirik, uşaqlara verilməmiş və verilməyəcək suallara görə linçə haqq qazandırmaq absurd olmaqla yanaşı, ciddi məsuliyyətsizlikdir.

Və niyə məktəblərdə uşaqları meyidlə anatomiya dərslərində vaxtında tanış etmirlər ki, sonda şok yaşayan şagirdlər acığını media nümayəndəsindən çıxırlar?!

Qalan digər təzadlar da “Azərbaycan müəllimi” qəzetinin “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsələ ilə bağlı açıqlamasının izahına istinadından doğur. Məsələn, “İdarə bir daha xatırladıb ki, belə həssas hadisələrlə bağlı məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə riayət olunmalıdır: Bir daha vurğulayırıq: Çəkiliş qrupumuz elə buna görə - dəqiqlik və məsuliyyət prinsiplərinə riayət etdiyindən o məktəbə gedib, “uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyi, psixoloji təhlükəsizliyi və mənafeləri qorunmalıdır.

- Bəli. Elədir ki var! Məktəbdən bu məqsədlə açıqlama da istənilib. Əvəzində linçlə qarşılaşmışıq. “Azərbaycan Müəllimi”nin Bakı Təhsil İdarəsinin mediaya media dərsi keçmək niyyətinə düşən şəxslərindən gətirdiyi bu sitata gəlincə, “Açıqlamada, (Təhsil İdarəsinin açıqlamasında) həmçinin, şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək digər davranışlara yol verilməməsinin vacibliyi vurğulanıb.”

Bunu bizə kim deyir? Niyə əvvəl açıqlama verməkdən yayınıb, sonradan mediaya medialıq öyrədirsiniz, müəllimlər?

…və! nəhayət: Bu nə iddiadır belə:

“Əlbəttə, bütün bunlar operatora qarşı fiziki zorakılığı haqlı etmir. Ancaq hadisəni yalnız jurnalistin döyülməsi üzərindən təqdim etmək, qarşıdurmaya gətirib çıxardığı bildirilən halları görməzdən gəlmək də düzgün deyil”.

Kim görməzdən gəlir, kim hadisəni yalnız jurnalistin döyülməsi üzərindən təqdim edib? Şəxsən mənim sosial hesabımda paylaşdığım statusda əsas mövzu başqadır. Məsələn bu:

“Məni heyrətə gətirən həm də əslində məsumluq yaşında olmalı yeniyetmələr qrupunun içində bu qədər nifrətin, amansızlığın olmasıdır. Mən problemin kökündə küçə xuliqanlığının yeniyetmələrimizin hələ formalaşmamış şüurunda qabarıq təzahürü ilə yanaşı son zənglərdə oxunan kriminal mahnılardan da notlar görürəm.

Real Təhlil İnformasiya Mərkəzinin Baş direktoru kimi rəsmən bildirirəm:

Bu vəhşiliyi törədənlərin heç biri Azərbaycan qanunundan kənarda qalmayacaq. Məktəb tərbiyəsinə hazır olmayanların islah edilməsi başqa müstəvidə-müvafiq düşərgələrdə həyata keçirilməlidir! Dünən bir məktəbdə pəncərələrə daş, bu gün başqa bir məktəbdə operatora təpik atanlarla ən sərt şəkildə davranılmalıdır. Onlar cəmiyyətə layiq olmaq istəmirlərsə, ləyaqətə hüquqi və qanuni yollarla məcbur edilməlidir.

Göründüyü kimi, burda hadisəni yalnız jurnalistin döyülməsi üzərindən təqdim etmək, qarşıdurmaya gətirib çıxardığı bildirilən halları görməzdən gəlməkdən söhbət belə getmir.

Hövsələsizlik nümayiş etdirsəydim deyərdim: çaşmısınız? Yarıtmaz fəaliyyətiniz nəticəsində bir balamız ölüb, ikincisini isə az qala dünən döyüb öldürəcəkdiniz!, - deyərdim. Hələ üzünüz də var danışmağa?, - deyərdim, bu cümlələrə görə biz sizi məhkəməyə verə bilərik, - deyərdim: “Jurnalistin hüquqları olduğu kimi, faciə yaşamış uşaqların və ailələrin də hüquqları var. Mətbuat azadlığı heç kimə azyaşlıların psixoloji təhlükəsizliyini, insanların şəxsi həyatını və faciə qarşısındakı həssaslığını nəzərə almamaq haqqı vermir”.

Bu nədir belə tirajlayırsınız, bizi nədə ittiham edirsiniz? Etmədiyimiz, etmək niyyətində olmadığımız hərəkətlərdəmi? Bu, böhtan deyil? Qarayaxma deyil bu? Sizin yerinizə olsaydım, tələsməzdim, polisin araşdırmasının nəticələrini gözləyərdim… Axı bir az yaşlı vətəndaşımızın ölümü, bir başqa vətəndaşımızın amansızcasına döyülməsi faktı sizin mənəvi və fiziki ərazidə baş verib. Hadisə rayonu sizsiniz. Bu biabırçı “şedevr”-in müəllifinin isə gözlərinin içini görmək istərdim: “Peşəkar jurnalistika təkcə nəyi çəkməyi deyil, nəyi çəkməməyi, kimə sual verməyi deyil, hansı məqamda susmağı da bilməyi tələb edir”.

- Bravo! Əhsən! “Malades”!

SONDA: “Azərbaycan müəllimi” yazır: “Bu hadisədə zorakılığa hüquqi qiymət verilməli, eyni zamanda media nümayəndələrinin davranışları da peşə etikası baxımından obyektiv araşdırılmalıdır”. Razıyam. “Azərbaycan müəllimi” qəzetində tirajlanmış o fikirlə də razıyam ki, “jurnalistikanın əsas prinsipi yalnız informasiya əldə etmək deyil, həm də insana hörmət etməkdir…”

Və mən də bu fikirləri elə insana hörmət etmək adına yazdım!”

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Oktyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri