İsrail Moskvaya uçuşlara qoyduğu qadağanı uzatdı
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin "El Al" aviaşirkəti Təl-Əviv - Moskva (Domodedovo Hava Limanı) - Təl-Əviv marşrutu üzrə uçuşları 2025-ci ilin mart ayının sonunadək dayandırmaq qərarına gəlib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsi məlumat yayıb.
"Qərar vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edilib", - deyə məlumatda qeyd olunur.
Dekabrın 26-da "El Al" AZAL-ın təyyarəsi qəzaya uğradıqdan sonra vəziyyəti qiymətləndirmək və uçuşların nə vaxt bərpa olunacağına dair qərar qəbul etmək üçün Moskvaya uçuşları bir həftəlik dayandırdığını açıqlayıb.
Baxış sayı:137
Bu xəbər 30 Dekabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















