MİDA 10 manat kapitalı olan şirkətlə 20 milyonluq müqavilə imzaladı
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 5 nömrəli 12 mərtəbəli, 6 və 7 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı keçirilən müsabiqənin qalibi “Yar İnşaat Təmir-Tikinti” MMC (VÖEN – 1504833771) olub.
Qeyd edək ki, “MİDA” MMC tenderin qalibi olan “Yar İnşaat Təmir-Tikinti” MMC-yə 20 milyon 310 min 580 manat ödəyəcək.
Nizamnamə kapitalı 10 manat olan “Yar İnşaat Təmir-Tikinti” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ak. Həsən Əliyev, ev 90, m. 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Nağıyev Qafar Vaqif oğludur.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 milyon manat olan “MİDA” MMC isə 2016-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Təhməzov Fərhad İlahi oğludur. Fərhad Təhməzov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.
Elnur Əli
Baxış sayı:28
Bu xəbər 25 Noyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















