Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı Tendersiz
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Depot” MMC (VÖEN – 2006570041) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Tender müsabiqəsinin şərtlərinə görə “Depot” MMC bir sıra məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatının təşkili keyfiyyətinə nəzarət xidmətləri göstərəcək və qarşılığında 76 milyon 999 min 93 manat 94 qəpik alacaq.
Məlumat üçün bildirək ki, nazirlyin 77 milyon manatlıq müqavilə imzaladığı “Depot” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmilçisi Hüseynov Elvin Malik oğludur.
Elnur Əli
Baxış sayı:90
Bu xəbər 16 Yanvar 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















