Icma.az
close
up
RU
MİDA dan ev almaq üçün ən çox verilən suallara CAVAB

MİDA dan ev almaq üçün ən çox verilən suallara CAVAB

Icma.az bildirir, Olke.az portalına istinadən.

Mənzil İnşaatı Dövlət Agentliyinin satışa çıxardığı güzəştli mənzillərdən ev almaq isyən vətəndaşları ev almaqla bağlı texniki cəhətdən maraqlandıran suallar var.

Ölkə.Az xəbər verir ki, texnobloger Fərid Pərdəşünas həmin şəxslərə bir neçə məsləhət verib:

▪️ MİDA üçün çox sürətli, 4000–5000 manatlıq kompüterə ehtiyac yoxdur. Orta göstəricilərdə, donmayan, tutulmayan, yəni RAM yaddaşı 8 GB və daha çox olan kompüterlərlə rahat oynamaq olur. Çalışın brauzerdə çox pəncərə açmayın. "Google Chrome" brauzeri ilə oynamaq məsləhətdir.

▪️ İnternetlə bağlı diqqətli olmaq lazımdır. Ola bilər, sizə xidmət göstərən provayder yaxşı sürət verir, amma “ping” yüksəkdirsə, bu o deməkdir ki, artıq yarışda geridəsiniz. MİDA oyununda internetin “ping” dəyəri daha önəm kəsb edir. Bu serverə sorğunu yönəldib, cavab almaq üçün vaxtdır. Nə qədər aşağı olsa, bir o qədər yaxşıdır. 50 Mb/s yuxarı və 20-dən aşağı ping ideal olar. 20–30 arası ping də məqbuldur.

▪️ Əl vərdişi — bu, ən əsas məsələdir. Əgər həqiqətən ev udmaq istəyirsinizsə, məsləhətdir ki, ən az 1 həftə–10 gün əvvəldən demoda məşqlər edəsiniz. Gözünüz öyrəşməli və əl vərdişi yaranmalıdır. Xüsusi saytlar var ki, orada mausla reaksiya vermə sürətinizi artıra bilərsiniz. Gündəlik 10 dəqiqə reaksiya məşqi oyunda çox kömək olur. Mən udmaq üçün 7 gün məşq etmişdim.

▪️ Əlavə texniki cihazlar: Oyun zamanı maus istifadəsi mütləqdir. Mausun DPI dəyərini, yəni ekranda sürüşmə sürətini tənzimləyin. Bu millisekundlar da olsa seçim sürətinizə təsir edə bilər. Kompüteri internetə bağlamaq üçün isə LAN kabeli istifadə etsəniz, yaxşı olar. Diqqət edin ki, oyun zamanı evdə şəbəkəni yükləyən əməliyyatlar olmasın.

▪️ Oyun zamanı ən, ən, ən önəmli hissə demoda təqdim olunmayan təhlükəsizlik yoxlanışıdır. Açdığınız hər səhifədə sizi gözləyən bir təhlükəsizlik yoxlaması olur. Bu, adətən həmin günün tarixi, sizin doğum tarixiniz, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya hansısa təqdim olunan rəqəmin daxil edilməsi ola bilər. Burada işin diqqət edilməli tərəfi odur ki, rəqəmləri daxil etmək üçün düymələr ekranda virtual formada qarışıq yerləşir. Yəni normalda telefonda 1 2 3 rəqəmi yanaşı, altında 4 5 6 formasında gözümüz öyrəşibsə, burada sıralama ixtiyari olur. 5 7 3 altında 9 0 1 kimi. Yəni göz yaddaşı unudub, konkret rəqəmi axtarmaq lazımdır. Bunu özünüz haradasa çəkib, məşq edə bilərsiniz.

▪️Başqalarından kömək nə zaman ala bilərsiniz? Əgər burada yazdıqlarımı başa düşmədinizsə, deməli başqa şəxsdən kömək almalısınız. Bu, qeyri-qanuni sayılmır. Ətrafınızda anlayışı olan adamdan bunu istəyə bilərsiniz. Amma tanıdığınız adam olmalıdır ki, sizə can yandırıb, məşq eləsin. Yoxsa, uzaq qohum, tanış-bilişdən xahiş etməklə bu iş alınmır. Əgər ping nədir, RAM nədir bilirsinizsə, kompüterə hakim olmusunuzsa, elə özünüz də məşq edib, başı çıxan adamdan daha yaxşı nəticə göstərə bilərsiniz.

▪️ Bu işi pulla edən adamlar da var. Onlara pul vermək o halda qanunsuz sayılır ki, onlar kiber müdaxilə ilə nəsə edirlər. Buna qətiyyən razı olmayın, çünki məsuliyyət yaradır. Yox kimsə sizdən ödəniş alıb, bu işə zaman ayırdığı üçün qarşılıq tələb edirsə, bu hal başa düşülən sayıla bilər və qanunsuzluq elementi yoxdur. Buna mütləq diqqət edin. Ümumiyyətlə, indiki şərtlərdə kiber müdaxilə çətindir. Çünki son ana qədər təhlükəsizlik yoxlanışını heç kim bilmir.
Bu məlumatı MİDA oynayanlarla bölüşsəniz, yaxşı olar.

Billurə
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Noyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri