Icma.az
close
up
RU
MİDA dan güzəştli ev almaq istəyənlər kompyuterdə necə işləməlidirlər?

MİDA dan güzəştli ev almaq istəyənlər kompyuterdə necə işləməlidirlər?

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Vətəndaşlar bir çox hallarda MİDA-nın güzəştli mənzil satışı zamanı internetdən narazılıq edirlər. Onlayn platformada vaxtın azlığından, texnoloji vərdişlərin azlığı onlyan alış-veriş üçün əsas problem hesab edilir. 

AzPost bildirir ki, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Pərdəşünas MIDA-da onlayn formada ev almaq istəyənlər üçün bəzi məsləhətləri verib.

–MIDA üçün çox sürətli, 4000–5000 manatlıq kompüterə ehtiyac yoxdur. Orta göstəricilərdə, donmayan-tutulmayan, əməli, yəni RAM yaddaşı 8 GB və üzəri olan kompüterlərlə rahat oynamaq olur. Çalışın brauzerdə çox pəncərə açmayın. “Google Chrome” brauzeri ilə oynamaq məsləhətdir.

İnternetlə bağlı diqqətli olmaq lazımdır. Ola bilər sizə xidmət göstərən provayder yaxşı sürət verir, amma ping yüksəkdirsə, bu o deməkdir ki, artıq yarışda geridəsiniz. MIDA oyununda internetin ping dəyəri daha önəm kəsb edir. Bu serverə sorğunu yönəldib, cavab almaq üçün vaxtdır. Nə qədər aşağı olsa, bir o qədər yaxşıdır. 50 Mb/s yuxarı və 20-dən aşağı ping ideal olar. 20–30 arası ping də məqbuldur.

Əl vərdişi — bu ən əsas məsələdir. Əgər həqiqətən ev udmaq istəyirsinizsə, məsləhətdir ki, ən az 1 həftə–10 gün əvvəldən demoda məşqlər edəsiniz. Gözünüz öyrəşməli və əl vərdişi yaranmalıdır. Xüsusi saytlar var ki, orada mausla reaksiya vermə sürətinizi artıra bilərsiniz. Gündəlik 10 dəqiqə reaksiya məşqi oyunda çox kömək olur. Mən udmaq üçün 7 gün məşq etmişdim.

Əlavə texniki cihazlar: Oyun zamanı maus istifadəsi mütləqdir. Mausun DPI dəyərini, yəni ekranda sürüşmə sürətini tənzimləyin. Bu millisekundlar da olsa seçim sürətinizə təsir edə bilər. Kompüteri internetə bağlamaq üçün isə LAN kabeli istifadə etsəniz, yaxşı olar. Diqqət edin ki, oyun zamanı evdə şəbəkəni yükləyən əməliyyatlar olmasın.

Oyun zamanı ən, ən, ən önəmli hissə demoda təqdim olunmayan təhlükəsizlik yoxlanışıdır. Açdığınız hər səhifədə sizi gözləyən bir təhlükəsizlik yoxlaması olur. Bu adətən həmin günün tarixi, sizin doğum tarixiniz, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya hansısa təqdim olunan rəqəmin daxil edilməsi ola bilər. Burada işin diqqət edilməli tərəfi odur ki, rəqəmləri daxil etmək üçün düymələr ekranda virtual formada qarışıq yerləşir. Yəni normalda telefonda 1 2 3 rəqəmi yanaşı, altında 4 5 6 formasında gözümüz öyrəşibsə, burada sıralama ixtiyari olur. 5 7 3 altında 9 0 1 kimi. Yəni göz yaddaşı unudub, konkret rəqəmi axtarmaq lazımdır. Bunu özünüz haradasa çəkib, məşq edə bilərsiniz.

Başqalarından kömək nə zaman ala bilərsiniz? Əgər burada yazdıqlarımı başa düşmədinizsə, deməli başqa şəxsdən kömək almalısınız. Bu qeyri-qanuni sayılmır. Ətrafınızda anlayışı olan adamdan bunu istəyə bilərsiniz. Amma tanıdığınız adam olmalıdır ki, sizə can yandırıb, məşq eləsin. Yoxsa, uzaq qohum, tanış-bilişdən xahiş etməklə bu iş alınmır. Əgər ping nədir, RAM nədir bilirsinizsə, kompüterə hakim olmusunuzsa, elə özünüz də məşq edib, başı çıxan adamdan daha yaxşı nəticə göstərə bilərsiniz.

Bu işi pulla edən adamlar da var. Onlara pul vermək o halda qanunsuz sayılır ki, onlar kiber müdaxilə ilə nəsə edirlər. Buna qətiyyən razı olmayın, çünki məsuliyyət yaradır. Yox kimsə sizdən ödəniş alıb, bu işə zaman ayırdığı üçün qarşılıq tələb edirsə, bu hal başa düşülən sayıla bilər və qanunsuzluq elementi yoxdur. Buna mütləq diqqət edin.

Ümumiyyətlə indiki şərtlərdə kiber müdaxilə çətindir. Çünki son ana qədər təhlükəsizlik yoxlanışını heç kim bilmir.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Noyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri