MİDA dan güzəştli mənzil almaq istədi Dələduzluqla üzləşdi
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Abşeron rayonunda 1980-ci il təvəllüdlü Sərxan ev almaq istəyən tanışı Ramizə qarşı dələduzluq edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, Ramizə özünü Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) əməkdaşı kimi təqdim edib və Yasamal rayonu, ərazisində yerləşən MİDA yaşayış kompleksində ev almağa köməklik edəcəyinə dair yalandan vəd verib.
Sərxan 15 sentyabr 2024-cü ildə Ramizdən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “At heykəli” adlanan yerin yaxınlığında 1200 manatı alıb.
Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Ramiz ilə təxminən 2023-cü ilin əvvəllərində tanış olub:
“Ramizlə təsadüf nəticəsində tanış olmuşam və bir neçə dəfə bir yerdə yemək yemişik. Təxminən 2024-cü ilin avqust ayında Ramizlə görüşdüm. O, Sabunçu rayonu Ramanı sovxozunda ev almaq istədiyini deyərək təxminən 25000 manata yaxın pulunun olduğunu bildirdi. Ramizə tanışlarımın vasitəsilə Ramanı sovxozunda ipotekaya mənzil düzəldə biləcəyimi və bunun üçün ilkin ödəniş olaraq 8000 manat tələb olunduğunu söylədim. Biz ilkin olaraq 1200 manatın verilməsinə razılaşdıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Xırdalan şəhəri, “At Heykəli” abidəsinin yaxınlığında Ramizlə görüşüb və ondan ümumilikdə 1200 manat pul alıb, həmin vəsaiti şəxsi ehtiyyacları üçün xərcləyib.
İş üzrə zərərçəkmiş Ramizin sözlərinə görə, 2023-cü ilin avqust ayında ev almaq məqsədilə Ramana qəsəbəsində yerləşən MİDA yaşayış kompleksinin ofisinə gedib:
“Həmin yerdə əvvəllər tanımadığım, sonradan adının Sərxan olduğunu bildiyim şəxslə tanış oldum. Söhbət zamanı Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış kompleksindən mənzil almaq istədiyimi dedim. Sərxan mənzillərin tikintisi yekunlaşdıqda mənimlə əlaqə saxlayacağını və bu işlə bağlı köməklik edəcəyini dedi. Bir müddət sonra Sərxan bir neçə dəfə mənimlə əlaqə saxlayaraq mənzillərin tikintisinin getdiyini dedi, səbirli olmağımı bildirdi”.
Zərərçəkmiş qeyd edib ki, 4 sentyabr 2024-cü ildə Sərxan onunla əlaqə saxlayıb və mənzillərin tikintisinin yekunlaşdığını, tez bir zamanda ödəniş etməli olduğunu deyib:
“Sərxan sənədlərin düzəlməsi üçün 2000 manat və mənzilin ilkin ödənişi olaraq 5000 manat pul verməli olduğumu, 2000 manatı əvvəlcə, 5000 manat pulu isə mənzili adıma sənədləşdirilən zaman verməli olduğumu bildirdi. Sentyabrın 5-də Sərxanla “At heykəli” abidəsinin yaxınlığında görüşdük və orada nağd formada ona 1200 manat verdim. Həmin vaxt 2000 manatın hamısını verməyimi istəsə də, mən pulumun olmadığını, evi alan zaman qalan məbləği də verəcəyimi bildirdim. Sərxan sənədlərin 1 ay müddətə hazır olacağını bildirsə də, lakin həmin müddətdə ev ala bilmədiyimi gördüm. Sərxanla əlaqə saxladım. O, hər dəfə fərqli bəhanələr gətirərək məni aldatdı. Bundan sonra aldadıldığımı başa düşərək onun barəsində şikayət etdim”.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Sərxan 9 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.
Təqsirləndirilən şəxsə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxması, həmçinin cəzaçəkmə müddəti ərzində hər gün saat 21:00-dan növbəti gün, saat 08:00 dək yaşadığıevi tərk etməsi qadağan olunub.
Ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək tapşırılıb.
Bundan əlavə, onun üzərinə müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Təqsirləndirilən şəxsin barəsində məhkəmə dövründə seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib.
O, dərhal məhkəmə iclası zalından həbsdən azad olunub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Doktorantura təhsili almaq istədi dələduzluqla üzləşdi
26 Avqust 2025 17:26
Maşın almaq istədi, dələduzluqla üzləşdi ŞİKAYƏT
29 Sentyabr 2025 20:00
Rəqqasə Fatimə Fətəliyeva dələduzluqla üzləşdi
03 Yanvar 2025 23:05
Xalq artisti dələduzluqla üzləşdi VİDEO
25 Noyabr 2025 23:28
AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ Şəmkir sakini məhkəmə qərarının icra olunmamasından şikayətçidir...
28 İyul 2025 21:34
Baxış sayı:26
Bu xəbər 24 Dekabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları