Icma.az
close
up
RU
Maşın almaq istədi, dələduzluqla üzləşdi ŞİKAYƏT

Maşın almaq istədi, dələduzluqla üzləşdi ŞİKAYƏT

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Sumqayıt sakini şikayətinə baxılmadığını iddia edir

Sumqayıt şəhər sakini Poladov İlqar Qarakişi oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu dfaxil olub. Şikayətçi bildirir ki, ona qarşı dələduzluq olunsa da, aidiyyəti qurumlar şikayətinə baxmır:

“Mən, Poladov İlqar Qarakişi oğlu, bildirirəm ki, “Turbo.az” saytında bəyəndiyim maşını almaq mənə baha başa gəldi.

Belə ki, oğlum və usta tanışımı götürüb həmin maşına baxmağa getdik. Maşını satan Hacıyev Abdulla Aydın oğlu idi. Beh verib, maşını saxlatdırdım.

Mənim yanımda maşının sahibi Abdullayev Fərhad Məhəmməd oğluna zəng vurub dedi ki, maşını Poladov İlqar Qarakişi oğluna satdım.

Maşını nə vaxt götürə biləcyimi soruşduqda isə dedi ki, işləyirəm, ancaq onlayn qaydada etibarnamə verə bilərəm. Mən də razılaşdım.

Vəsiqəmi atdım ki, etibarnamə versin. Dedi ki, maşını texniki baxışdan keçirmək üçün pulum yoxdur. Kartına 250 manat göndərdim. Sonra zəng vurub bildirdi ki, bütün sənədlər hazırdır.

“Şamaxinka”da - yanacaq doldurma məntəqəsinin yanında görüşə çağırdı. Yaxınlıqda olan posta yaxınlaşıb, maşının cəriməsinin olub-olmadığını soruşdum...

Fərhada pulun qalan hissəsini, yəni 8 min 500 mantı Sumqayıt şəhərində verdim.

Oktyabr ayının 18-də maşını öz adıma keçirmək istəyərkən öyrəndim ki, qarşı tərəf etibarnaməni ləğv edib. Zəng vurdum, telefonu bağlı idi. Dəfələrlə zəngimi açmadıqda anladım ki, aldadılmışam.

Bir müddət sonra Fərhad telefon zəngini açdı. Və dediki, 4500 manat pul verməlisən. Dərhal DİN-in qaynar xəttinə zəng vurub, bu haqda məlumat verdik. Lakin cinayət işi açılmadı. Mülki iş kimi qiymətləndirdilər.

Sumqayıt polisi də cinayət işinin olmadığını bildirdi.

Maşını mənə satan Hacıyev Abdulla Aydın oğlu isə hazırda tapılmır. Maraqlıdır, cinayət törədən şəxs, ölkədə olduğu halda, polisdən necə qaça bilər?!

Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Maşın sahibi heç bir prosesə qatılmadı. 3-cü prosesdə Fərhadın vəkili gəldi. Hakimlə nə danışdı, nə danışmadı, məsələ elə həmin gündən də bağlı qalıb.

Əlimdə Fərhada aid səs yazəları var. Deyir ki, hara şikayət edirsən et, pul verib özümü qutaracam.

Ziyana düşən də mən, haqqı tapdalanan da”.

Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Sentyabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri