Icma.az
close
up
RU
MİDA güzəştli mənzillərin növbəti satışını elan edib, qiymətləri açıqlayıb

MİDA güzəştli mənzillərin növbəti satışını elan edib, qiymətləri açıqlayıb

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevlax Yaşayış Kompleksləri üzrə güzəştli mənzillərin növbəti satışını elan edib.

Gununsesi.info agentliyə istinadən xəbər verir ki, Hövsan Yaşayış Kompleksinin I mərhələsi üzrə 1 mənzilin, II mərhələsi üzrə 7 mənzilin, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1565-ci məhəllə ünvanındakı Sumqayıt Yaşayış Kompleksi üzrə 17 mənzilin, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 30A ünvanındakı Lənkəran Yaşayış Kompleksi üzrə 12 mənzilin, Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsinin S.B. Axundov küçəsindəki Binəqədi Yaşayış Kompleksi üzrə 120 mənzilin, Şirvan şəhəri, Nizami küçəsi, S.B. Axundov küçəsindəki Şirvan Yaşayış Kompleksi üzrə 40 mənzilin, Yevlax şəhəri, Heydər Əliyev prospekti, Yevlax Yaşayış Kompleksi üzrə 16 mənzilin satışı 3 dekabr 2025-ci il tarixdə saat 11:00-da başlayacaq və 8 dekabr 2025-ci il tarixdə saat 11:00-da başa çatacaq.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşlara satmaq məqsədilə güzəştli mənzillərin satışına dair qaydalar”ın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız rəsmi hüquqi qərarın alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.

Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanı əsasında MİDA-nın elektron sistemi vasitəsilə “Güzəştli mənzil” satışı “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzilləri almaq hüququna malikdirlər. Elektron kabinetin yaradılması üçün “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçmək və elektron imza vasitəsilə daxil olmaq lazımdır.

“Güzəştli mənzil” sistemində ətraflı qaydalar və mənzillərin yerləşdiyi komplekslər haqqında məlumatı www.mida.gov.az internet səhifəsindən və ya “Güzəştli mənzil sistemi” bölməsindən əldə etmək mümkündür.

Mənzillərin satış şərtləri və qiymətləri:

Bu dəfə satışda olan mənzillər ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödənilən üsulla təklif olunur.

Qaydaların 5.6-cı bəndinə əsasən mənzil dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız rəsmi hüquqi qərarın alınmasından sonra mümkündür.

Hövsan Yaşayış Kompleksinin I mərhələsi üzrə:

2 otaqlı mənzilin qiyməti – 54 815 manatdır.

Hövsan Yaşayış Kompleksinin II mərhələsi üzrə:

4 otaqlı mənzilin qiyməti – 94 050 manatdır.

Sumqayıt Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti – 50 200 manatdan başlayır.

4 otaqlı mənzilin qiyməti – 105 800 manatdan başlayır.

Lənkəran Yaşayış Kompleksi üzrə:

3 otaqlı mənzilin qiyməti – 61 865 manatdır.

4 otaqlı mənzilin qiyməti – 84 150 manatdan başlayır.

Binəqədi Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzilin qiyməti – 49 120 manatdır.

2 otaqlı mənzilin qiyməti – 62 400 manatdır.

3 otaqlı mənzilin qiyməti – 87 400 manatdır.

4 otaqlı mənzilin qiyməti – 118 000 manatdır.

Şirvan Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzilin qiyməti – 61 815 manatdır.

3 otaqlı mənzilin qiyməti – 73 785 manatdır.

4 otaqlı mənzilin qiyməti – 93 765 manatdır.

Yevlax Yaşayış Kompleksi üzrə:

1 otaqlı mənzilin qiyməti – 40 200 manatdır.

2 otaqlı mənzilin qiyməti – 45 225 manatdır.

3 otaqlı mənzilin qiyməti – 70 490 manatdır.

4 otaqlı mənzilin qiyməti – 103 740 manatdır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Oktyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri