Icma.az
close
up
RU
MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) bəzi yaşayış komplekslərinin idarəçiliyindən çəkilməsi ilə bağlı qərarı sakinlər arasında ciddi narahatlıq yaradıb.

Xüsusilə komplekslərin sakinlərə təhvil verilməsi ilə bağlı qərarın əvvəlcədən geniş şəkildə elan edilməməsi və sakinlərin proses barədə kifayət qədər məlumatlandırılmaması suallar doğurur.

Avtosfer.az xəbər verir ki, son günlər MİDA-nın yaşayış komplekslərində idarəçilik məsələsi sakinlər arasında müzakirələrə səbəb olub. Sakinlərin sözlərinə görə, MİDA-nın rəsmiləri ilə keçirilən görüşlərdən birində kompleksin yaxın aylarda idarəçilikdən çıxarılacağı bildirilib.

Sakinlərin iddiasına görə, görüş zamanı onların bir qismi MİDA-nın kompleksdə qalmasının və əvvəlki qaydada fəaliyyətini davam etdirməsinin tərəfdarı olduğunu bildirib. Buna baxmayaraq, qərarın artıq verildiyi və idarəçiliyin dəyişdiriləcəyi barədə açıqlama verilib.

Əsas narazılıq isə qərarın niyə verilməsi və sakinlərin niyə əvvəlcədən məlumatlandırılmaması ilə bağlıdır.

Sakinlər bildirirlər ki, komplekslərdə su, lift, işıqlandırma, təmizlik, məişət tullantılarının daşınması və digər kommunal məsələlərlə bağlı yaranan problemlərin həllində MİDA-nın hüquqi şəxs kimi çıxış etməsi müəyyən üstünlüklər yaradır. Onların fikrincə, MİDA idarəçilikdən çəkildikdən sonra bu məsələlərin hansı qurum tərəfindən və necə həll olunacağı aydın deyil.

Digər tərəfdən, komplekslərin sakinlərə təhvil verilməsi ilə bağlı prosesin hansı mexanizmlə həyata keçiriləcəyi də sual doğurur. Sakinlərin qarşısında yeni idarəetmə modelinin yaradılması, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin formalaşdırılması və kommunal xidmətlərin təşkili kimi məsələlər dayanır.

Xüsusilə sosial mənzil layihələri nəzərə alınanda məsələ daha ciddi görünür. MİDA layihələrindən mənzil alan vətəndaşların əhəmiyyətli hissəsi orta və aşağı gəlirli ailələr, şəhid ailələri, qazilər və digər sosial kateqoriyalara aid şəxslərdir. Bu baxımdan, idarəçilik modelində dəyişiklik edilərkən sakinlərin prosesə əvvəlcədən hazırlanması və onlara aydın izah verilməsi vacibdir.

Sakinləri düşündürən digər məsələ isə kommunal ödənişlərin həcmi və bu vəsaitlərin kompleksin saxlanmasına kifayət edib-etməməsidir. Əgər mövcud ödənişlərin kompleksin xərclərini qarşılamaq üçün kifayət etmədiyi məlumdursa, bu problemin niyə mənzillər satışa çıxarılarkən və sakinlər köçərkən əvvəlcədən nəzərə alınmadığı sual yaradır.

Digər tərəfdən, sakinlərə “MİDA gedir” deməklə kifayətlənmək mümkün deyil. Əgər idarəçilikdən çəkilmək qərarı qüvvəyə minəcəksə, sakinlərə kim idarə edəcək, kommunal xidmətləri kim təşkil edəcək, ödənişlər necə hesablanacaq, su və digər infrastrukturun texniki xidməti kim tərəfindən həyata keçiriləcək kimi sualların konkret cavabları verilməlidir.

Maraqlıdır ki, sakinlərin sözlərinə görə, bəzi görüşlərdə MİDA-nın rəsmilərinə qurumun niyə idarəçilikdən çəkildiyi barədə suallar ünvanlansa da, buna tam və aydın cavab verilməyib.

Əgər əsas səbəb kommunal ödənişlərin vaxtında toplanmaması və xərclərin gəlirləri üstələməsidirsə, bu barədə də ictimaiyyətə açıq şəkildə məlumat verilməlidir. Çünki söhbət yüzlərlə ailənin yaşadığı sosial mənzil komplekslərindən gedir və belə bir qərarın sakinlər üçün ciddi nəticələri ola bilər.

Sakinlər isə MİDA-nın idarəçilikdən çəkilməsini deyil, mövcud sistemin təkmilləşdirilməsini istəyirlər. Onların fikrincə, əvvəlcə alternativ idarəetmə mexanizmi hazırlanmalı, sakinlərə izah edilməli, daha sonra təhvil prosesi həyata keçirilməlidir.

Burada əsas sual budur: MİDA kompleksləri niyə tərk edir və yüzlərlə sakinin yaşadığı binaların idarəçiliyi bundan sonra necə həyata keçiriləcək?

MİDA-nın bu məsələyə rəsmi aydınlıq gətirməsi və qərarın səbəblərini, təhvil prosesinin mərhələlərini, kommunal xidmətlərin gələcək taleyini açıqlaması vacibdir.

Çünki yüzlərlə ailənin yaşadığı bir kompleksi sakinlərə “özünüz idarə edin” yanaşması ilə təhvil vermək mümkün deyil. Sakinlər həm qərarın səbəbini bilməli, həm də sabah qarşılaşacaqları problemlərin həll mexanizmini əvvəlcədən görməlidirlər.

Məsələ ilə bağlı aidiyyatı quruma sorğu ünvanlanıb. Cavab olacağı təqdirdə işıqlandırılacaq./sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:689
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Avqust 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri