Icma.az
close
up
RU
Sakinlərdən NARAZILIQ: Yeni binanın qarşısında pullu PARKİNQ PROBLEMİ

Sakinlərdən NARAZILIQ: Yeni binanın qarşısında pullu PARKİNQ PROBLEMİ

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Paytaxtda yeni tikilmiş yaşayış binasının qarşısında AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən təşkil olunan pullu parkinq sakinlərin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, şikayətçi sakinin sözlərinə görə, bina yeni olduğu üçün hələ çıxarış verilməyib və bu səbəbdən də parkinq üçün güzəşt hüququndan istifadə edə bilmirlər.

"Yaşadığımız binanın qarşısında AYNA-nın parkinqi var. Bina yeni olduğu üçün hələ bizə çıxarış verilməyib. Nə vaxt veriləcəyini də bilmirik. Bu səbəbdən məcburuq ki, hər dəfə maşını evimizin qarşısında saxlamaq üçün pul ödəyək. AYNA-ya zəng etmişik, deyirlər ki, qeydiyyata düşün həmin ünvana. Amma çıxarış olmadan qeydiyyata düşmək də olmur. İndi biz nə etməliyik?" - deyə sakin bildirib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər.

"Eyni zamanda, bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, digər hallarda imtiyazlar nəzərdə tutulmayıb", - deyə T.Orucov qeyd edib.

"Fərdi parklanma talonunu haradan, necə və neçəyə almaq olar?" sualına cavabında isə qurum rəsmisi bildirib ki, sözügedən talon üçün heç bir ödəniş tələb olunmur.

"Ödənişsiz parklanma yerinin ayrılması və ondan istifadə qaydası Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə təsdiqlənən "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası"nda əksini tapıb. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Fərdi parklanma talonu üçün heç bir ödəniş tələb olunmur. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Vətəndaşlar "AzParkinq" mobil tətbiqini yükləyərək oradakı profil bölməsindən fərdi parklanma talonu hissəsində zəruri məlumatları əlavə edərək fərdi parklanma talonu üçün müraciət edə bilirlər", - deyə T.Orucov vurğulayıb.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyun 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri