Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

MİDA yeni mənzillər tikir Bazar qiymətindən ucuz olacaq

MİDA yeni mənzillər tikir Bazar qiymətindən ucuz olacaq

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,31 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçirilir. Yaşayış kompleksi 225 mənzilli onmərtəbəli 5 binadan ibarət olacaq. Həmçinin Abşeron rayonunun Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisinə də başlanılıb.

Bəs, bu binaların tikintisi həmin ərazidə olan mənzillərin ucuzlaşmasına səbəb olacaqmı?

Mövzu ilə bağı Milli.Az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq uzun illərdir Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ölkənin müxtəlif ərazilərində yeni çoxmənzilli yaşayış binaları inşa olunur və həmin binalardakı mənzillər yalnız sosial layihələrin şərtlərinə uyğun olan vətəndaşlara satılır. Onun sözlərinə görə, bu layihələrdən əsasən müəllimlər, hərbçilər, şəhid ailələri və digər güzəştli kateqoriyalara aid şəxslər yararlana bilirlər.

Ekspert əlavə edib ki, MİDA binalarının yerləşdiyi ərazilərdə bazar qiymətləri ilə ciddi fərqlər müşahidə olunur. Belə ki, Yasamal rayonu ərazisində Agentlik tərəfindən inşa edilən binalarda təmirli mənzillərin satış qiyməti orta hesabla bir kvadrat metr üçün 850 manat civarında idi. Halbuki həmin əraziyə yaxın məsafədə yerləşən digər tikinti şirkətlərinin satdığı mənzillərdə qiymətlər bir kvadrat metr üçün 2000 manatdan da yüksəkdir:

"Sosial layihələr çərçivəsində satışa çıxarılan mənzillərin sayı məhduddur. Müraciət edənlərin sayı minlərlə olsa da, satışa çıxarılan mənzillərin sayı orta hesabla 400-500 civarında olur və nəticədə yalnız minimal sayda vətəndaş bu mənzilləri əldə edə bilir".

Onun sözlərinə görə, müxtəlif ərazilərdə bu tip layihələrin həyata keçirilməsi xüsusilə hərbçilərin, müəllimlərin və digər güzəştli kateqoriyalara aid şəxslərin mənzil-məişət problemlərinin həllinə xidmət edir. Bu mənzillərin satış qiymətləri yerləşdiyi ərazilər üzrə bazar qiymətlərindən daha ucuzdur, ilkin və aylıq ödənişlər isə minimal səviyyədə müəyyənləşdirilib.

Ekspert qeyd edib ki, bütün bunlara baxmayaraq, MİDA tərəfindən inşa edilən mənzillərin ümumilikdə daşınmaz əmlak bazarında qiymətlərin enməsinə ciddi təsiri yoxdur. Digər tərəfdən, bu mənzilləri əldə edən şəxslər artıq baha qiymətə bazardan mənzil almağa müraciət etmirlər, çünki bu yolla onların mənzil problemləri aradan qalxır:

"Gəncə, Sumqayıt, Hövsan və digər ərazilərdə də bu tip layihələr həyata keçirilsə də, müraciətlərin çoxluğu fonunda həmin mənzillər ətraf ərazilərdə yerləşən digər yeni çoxmənzilli yaşayış binaları və fərdi evlərin bazar qiymətlərinin dəyərdən düşməsində rol oynamır".

Mina Mikayılova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 31 Yanvar 2026 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see224

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see206

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see172

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see158

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri