Icma.az
close
up
RU
MİDAda ilk mənzilin satışı neçə saniyəyə reallaşa bilər? Parametrlər AÇIQLANDI

MİDAda ilk mənzilin satışı neçə saniyəyə reallaşa bilər? Parametrlər AÇIQLANDI

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını həyata keçirib. Satışların saniyələr içində yekunlaşması sosial şəbəkələrdə yenə müzakirə mövzusudur. Belə ki, mənzillər 35 saniyə müddətində satılıb. Bugünkü satış zamanı 544 mənzilin seçimində iştirak edənlərin sayı 4 176 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 544 mənzilin 228-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.MİDA-nın onlayn mənzil satışında əsas parametr ilk mənzilin neçənci saniyədə satılmasıdır.

Maraqlıdır, ilk mənzil neçə saniyədə satıla bilər?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, onlayn satışa start verilən andan ilk mənzilin neçənci saniyədə satılması ilə bağlı MİDA hesabatlarında 2 parametr var. Bunlardan biri mənzilin sistemdə tapılaraq baxış keçirilməsi, digəri isə mənzilin təsdiqlənməsidir:

“Mənzilin baxış üçün seçilməsi onlayn satışa start verilən andan vətəndaşın sistemə daxil olub axtarış verərək istədiyi mənzilin tapılması müddətini göstərir. Məhz bu, ilk mənzilin neçənci saniyədə satıla biləcəyini göstərən əsas parametrdir. Yəni iddiaçı mənzilə baxış edirsə, artıq o daha tez sistemə daxil olub, axtarış verib və mənzili tapıb, artıq onu gözaltı edib, bu mənzil artıq digərlərinin axtarışında görünmür. İddiaçı mənzilə baxışını-seçimini istəsə həmin an, istəsə bir qədər gec də təsdiqləyə bilər. Yəni bu parametr, əslində real olaraq ilk alış saniyəsi olaraq qəbul edilə bilər.

İkinci parametr məhz baxış keçirilən mənzilin seçiminin-alışının təsdiqlənməsidir. Elə ola bilər ki, vətəndaş 4-cü saniyədə mənzilə baxışa başlayıb, lakin təsdiq 4-cü saniyədə, ya 7-ci saniyədə, yaxud da 40-cı saniyədə ola bilər. Bu parametr ilk satışın neçənci saniyədə baş tutması üçün elə də əhəmiyyət kəsb etmir. MİDA-nın açıqladığı hesabatların və statistikaların əksəriyyətində bu parametrlər görünür”.

O.Gündüzün sözlərinə görə, MİDA-nın onlayn satış sistemi ilkin dövrlərdə botlara qarşı elə də təkmil olmayıb:

“MİDA tərəfindən mənzillərin onlayn satışlarıına start verilən andan ilk mənzilin baxış üçün seçilməsi müddəti aşağıdakı kimi olub:

06.12.2024, (Sumqayıt, Lənkəran)- nəticə hələlik məlum deyil

16.12.2023, (Hövsan, 1-ci) 32-ci saniyədə
16.12.2023, (Hövsan, 2-ci) 22-ci saniyədə
16.12.2023, (Gəncə) 28 -ci saniyədə
16.12.2023, (Sumqayıt) 30-cu saniyə
29.07.2023, (Yasamal) 29-cu saniyədə
29.07.2023, (Hövsan ) 30-cu saniyədə
24.09.2022, (Yasamal) 30-cu saniyədə
15.09.2022 Satış baş tutmayıb
30.03.2022 Satışın nəticələri ləğv edilib
01.07.2021, (Hövsan ) 5-ci saniyədə
18.12.2020, (Hövsan ) 10-cu saniyədə
10.09.2020, (Hövsan), 10-cu saniyədə
30.06.2020, (Hövsan) 11-ci saniyədə
25.12.2019, (Yasamal) 11-ci saniyədə
16.10.2019, (Yasamal) 9-cu saniyədə
12.07.2019, (Yasamal) 4-cü saniyədə
29.04.2019, (Yasamal) 4-cü saniyədə
25.01.2019, Yasamal - ağlabatan nəticə açıqlanmayıb
05.09.2018, Yasamal - ağlabatan nəticə açıqlanmayıb

Cədvəldən görünür ki, ilkin dövrlərdə botlardan və seçim prosesini sürətləndirən digər üsullardan istifadəyə daha çox imkanlar olub. DTX və MİDA 30.03.2022-ci tarixli satışa kənar şəxslərin qanunsuz müdaxiləsi olduğunu bildirmiş, satışın nəticələri ləğv edilmiş və həbs edilənlər olmuşdu. Məhz bundan sonra 24.09.2022-ci ildən başlayaraq MİDA sistemdə köklü texnoloji dəyişiklikər edib. MİDA-nın hazırkı satış sistemi, insan amilinin rolunun məhdudlaşdırılması və şəffaflıq üçün texnologiyaların tətbiqi əhəmiyyətlidir”.

Mütəxəssis sonda vurğulayıb ki, İT bacarıqlarla bağlı sistemin mahiyyətində ədalətsizlik olduğundan yeni, alternativ satış üsullarına ehtiyac var:

“Sistemin təkmilləşdirilməsi istiqamətində MİDA-ya və hökumətə təkliflər verilib. Bir neçə gün öncə hökumət kritik hesab oluna biləcək informasiya sistemlərinin siyahısını təsdiq edib. Siyahı açıqlanmayıb. Amma uyğun qanunvericiliyin tələbləri baxımından MİDA informasiya sisteminin də kritik perimetrə, yəni DTX və XRİTDX -nin nəzarəti altına keçdiyini düşünmək olar”.

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Dekabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri