Icma.az
close
up
RU
MİDAda mənzillər saniyələr ərzində BELƏ SATILIR 4 SANİYƏDƏ…

MİDAda mənzillər saniyələr ərzində BELƏ SATILIR 4 SANİYƏDƏ…

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.


“MİDA-nın onlayn mənzil satışında əsas parametr İLK mənzilin neçənci saniyədə satılmasıdır”.

Moderator.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə Azərbaycan İnternet Fondunun Prezidenti Osman Gündüz sosial şəbəkədə qeyd edib:

“Onlayn satışa start verilən andan ilk mənzilin neçənci saniyədə satılması ilə bağlı MİDA hesabatlarında  2 parametr var: mənzilin sistemdə tapılaraq BAXIŞ keçirilməsi və mənzilin TƏSDİQLƏNMƏSİ.

Mənzilin  BAXIŞ üçün seçilməsi, onlayn satışa start verilən andan vətəndaşın sistemə daxil olub axtarış verərək istədiyi mənzilin tapılması müddətini göstərir. 
Məhz bu, ilk mənzilin neçənci saniyədə satıla biləcəyini göstərən ƏSAS parametrdir. 

Yəni iddiaçı mənzilə BAXIŞ edirsə,  artıq o daha tez sistemə daxil olub, axtarış verib və mənzili tapıb, artıq onu gözaltı edib,  bu mənzil artıq digərlərinin axtarışında görünmür. İddiaçı mənzilə baxışını-seçimini istəsə həmin an, istəsə bir qədər gec də təsdiqləyə bilər. Yəni bu parametr, əslində real olaraq ilk alış saniyəsi olaraq qəbul edilə bilər.

2-ci parametr məhz baxış keçirilən mənzilin seçiminin-alışının TƏSDİQLƏNMƏSİDİR . 

Elə ola bilər ki, vətəndaş 4-cü saniyədə mənzilə baxışa başlayıb,   lakin təsdiq ya 4-cü saniyədə, ya 7-ci saniyədə , yaxud da 40-cı saniyədə ola bilər. Bu parametr İLK satışın neçənci saniyədə baş tutması üçün elə də əhəmiyyət kəsb etmir.

MİDA-nın açıqladığı  hesabatların və statistikaların  əksəriyyətində bu parametrlər görünür.

Beləliklə, MİDA-nın indiyədək olan satışlarında İLK MƏNZİL SEÇİMİ  ilə bağlı statistikanı təqdim edirəm.

MİDA tərəfindən mənzillərin onlayn satışlarıına start verilən andan İLK mənzilin BAXIŞ üçün  seçilməsi müddəti aşağıdakı kimi olub:

06.12.2024, (Sumqayıt, Lənkəran)- nəticə hələlik məlum deyil
16.12.2023, (Hövsan, 1-ci)  32-ci saniyədə
16.12.2023, (Hövsan, 2-ci)  22-ci saniyədə
16.12.2023, (Gəncə)           28 -ci saniyədə
16.12.2023, (Sumqayıt)      30-cu saniyə
29.07.2023, (Yasamal)        29-cu saniyədə
29.07.2023, (Hövsan )        30-cu saniyədə
24.09.2022, (Yasamal)        30-cu saniyədə
15.09.2022  Satış baş tutmayıb
30.03.2022  Satışın nəticələri ləğv edilib
01.07.2021, (Hövsan )         5-ci   saniyədə
18.12.2020, (Hövsan )         10-cu saniyədə
10.09.2020, (Hövsan),         10-cu saniyədə
30.06.2020, (Hövsan)          11-ci saniyədə
25.12.2019, (Yasamal)         11-ci saniyədə
16.10.2019, (Yasamal)          9-cu saniyədə
12.07.2019, (Yasamal)          4-cü saniyədə
29.04.2019, (Yasamal)          4-cü saniyədə
25.01.2019, Yasamal - ağlabatan nəticə açıqlanmayıb
05.09.2018, Yasamal - ağlabatan nəticə açıqlanmayıb

Cədvəldən görünür ki, MİDA –nın onlayn satış sistemi ilkin dövrlərdə botlara qarşı elə də təkmil olmayıb. Düşünmək olar ki bu dövrlərdə botlardan və seçim prosesini sürətləndirən digər üsullardan istifadəyə daha çox imkanlar olub.

DTX və MİDA 30.03.2022-ci  tarixli satışa kənar şəxslərin qanunsuz müdaxiləsi olduğunu bildirmiş, satışın nəticələri ləğv edilmiş və həbs edilənlər olmuşdu.
Məhz bundan sonra, 24.09.2022-ci ildən başlayaraq MİDA sistemdə köklü texnoloji dəyişiklikər edib.

MİDA-nın hazırkı satış sistemi, insan amilinin rolunun məhdudlaşdırılması və şəffaflıq üçün  texnologiyaların tətbiqi baxımından  əhəmiyyətlidir.
Lkain İT bacarıqlarla bağlı sistemin mahiyyətində ədalətsizlik olduğundan yeni, alternativ satış üsullarına ehtiyac var. Sistemin təkmilləşdirilməsi istiqamətində MİDA-ya və hökumətə təkliflər verilib.

P.S. Bir neçə gün öncə hökumət kritik hesab oluna biləcək informasiya sistemlərinin siyahısını təsdiq edib. Siyahı açıqlanmayıb. Amma uyğun qanunvericiliyin tələbləri baxımından MİDA informasiya sisteminin də kritik perimetrə, yəni DTX  və XRİTDX -nin nəzarəti altına keçdiyini düşünmək olar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri