Mikayıl Cabbarov: ABŞ nin ölkəmizə investisiya qoyuluşu 19 milyarda yaxınlaşıb
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
1995-ci ildən 2025-ci ilin mart ayının sonuna qədər ABŞ Azərbaycana ümumən 18,9 milyard dollar, o cümlədən neft-qaz sektoruna 17,4 milyard dollar, qeyri-neft-qaz sektoruna isə 1,5 milyard dollar investisiya qoyub.
Yenisabah.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.
Onun sözlərinə görə, bu dövrdə ABŞ Azərbaycanın xarici ticarət dövriyyəsində 5-ci , o cümlədən idxalında 4-cü, ixracında isə 24-cü yeri tutub. Toyuqlu pizza
Nazir əlavə edib ki, Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin müqavilə-hüquq bazasını ötən dövrdə imzalanmış 87 sənəd təşkil edir:
"2007-ci ildə iki ölkə arasında əməkdaşlığın institusional mexanizmi kimi Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası yaradılıb. Komissiyanın sonuncu (4-cü) iclası 2019-cu ilin mayın 17-də Bakıda keçirilib".
Baxış sayı:85
Bu xəbər 26 Avqust 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















