Mikayıl Cabbarov: Azərbaycan BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” (CEPA) iki ölkənin strateji əlaqələrində mühüm mərhələdir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Bizimyol.info” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İqtisadi əməkdaşlığın daha da gücləndirilməsi və ticarətin liberallaşdırılmasını ehtiva edən bu sazişin imzalanması gələcək çağrışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün mühüm baza yaradır. Sənəd ölkələrimiz arasında sərmayələrin artırılması, sənaye, ticarət, kənd təsərrüfatı, bərpa olunan enerji, maliyyə, turizm, logistika, tikinti və digər sahələrin inkişafında yeni imkanlar açacaq, biznes dairələrinin əməkdaşlığını daha da genişləndirəcək", - deyə o qeyd edib.

Mikayıl Cabbarov BƏƏ ilə imzalanan sazişin əhəmiyyətini AÇIQLADI
10 İyul 2025 14:57
“Azərbaycan qlobal iqtisadiyyatda mövqelərini gücləndirir”Mikayıl Cabbarov
25 Noyabr 2024 12:25
Mikayıl Cabbarov: BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə fəal danışıqlar aparılır
02 Dekabr 2024 20:15

